SARISU GÖLÜ ƏTRAFINDA BƏNDBƏRKİTMƏ İŞLƏRİ DAVAM ETDİRİLİR
Saatlı, 14 may (AZƏRTAC). Saatlı rayonundakı Sarısu gölü ətrafında bəndbərkitmə işləri davam etdirilir.
Gölün ətrafında iki gün əvvəl uçmuş bəndin bərpas ilə Fövqəladə Hallar, Daxili İşlər nazirliklərinin, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin, rayonun idarə və müəssisələrinin qüvvələri məşğuldur. Hazırda daşqın suları Baş Mil-Muğan kollektoruna axıdılır.
Bəndin bərkidilməsi işlərinə yüzə yaxın texnika cəlb edilmişdir və yerli əhalinin qüvvəsindən də istifadə olunur. Minlərlə könüllü kisələrə torpaq dolduraraq bəndləri bərkitməklə məşğuldur.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, bəndlərin bərkidilməsi tezliklə başa çatdırılacaqdır.
Qeyd edək ki, Sarısu gölü ətrafında Saatlı rayonunun beş kəndi vardır. Bunlar Hacıqasımlı, Kamallı, Dəlilər, Novruzlu, Musalı kəndləridir. Bu kəndlərdə 10 minə yaxın əhali yaşayır. Bu kəndlərin 8 min hektara yaxın əkin və örüş sahəsi vardır. Kəndlərin əhalisinin evakuasiyasına hələ ki, ehtiyac duyulmur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]