Azərbaycan Dövlət İnformasiya Agentliyi

SARS-CoV-2 koronaviruslar arasında “çempion” adlandırıla bilər

SARS-CoV-2 koronaviruslar arasında “çempion” adlandırıla bilər

Bakı, 17 mart, AZƏRTAC

Çin Xalq Respublikasında yaranmış və dünyanın bir sıra ölkələrində sürətlə yayılmaqda olan koronavirus pandemiyasının qarşısının alınması üçün bütün dünyada, eləcə də Azərbaycan Respublikasında kompleks tədbirlər həyata keçirilməkdədir. Bu tədbirlərin nəticəsində müxtəlif kütləvi informasiya vasitələrində yeni koronavirus barəsində kifayət qədər məlumat mövcuddur. Koronaviruslar taksonomik cəhətdən Orthocoronavirinae fəsiləsinin Nidovirales dəstəsinin Koronaviruslar sinfinə aiddir. Koronaviruslar müsbət təkzəncirli RNT genomundan, spiral simmetriyalı nukleokapsiddən ibarətdir. Genom 26000-32000 nukleotid cütü ölçüsündə olub RNT viruslardan ən böyüyüdür. Yeni 2019-nCoV-2 virusunun genomu 2020-ci ilin yanvar ayında tam oxunularaq, NCBI bazasında yerləşdirilib. 2019-nCoV virusunun genomunun 29903 nukleotid cütündən ibarət sadə bir zəncirli RNT genomuna malik olması müəyyən edilib. Bu baxımdan, yeni 2019-nCoV-2 koronavirusu bütün viruslar arasında çempion adlandırıla da bilər. Belə ki, virusların sahib orqanizmdə adaptasiyası daha çox virus genomunun uzunluğundan asılıdır. Viruslar üçün genomun ölçüsü sanki “intellekt” rolunu oynayır, genom nə qədər böyük olarsa onların sağ qalmaları üçün müxtəlif strategiyalar işlətməsi və müxtəlif ətraf mühit təsirlərinə cavab verməsi asanlaşır.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İradə Hüseynovanın “SARS-CoV-2 koronaviruslar arasında “çempion” adlandırıla bilər” məqaləsində yer alıb.

Məqalədə bildirilib ki, koronavirusların elmə məlum olan ən uzaq ortaq əcdadları miladdan azı 8000-8100 il əvvəl mövcud olub. Alfakoronavirus, betakoronavirus, qammakoronavirus və deltakoronavirusların, müvafiq olaraq, təxminən miladdan 2400, 3300, 2800 və 3000 il əvvəl yarandığı göstərilir. Yarasalar, quşlar və uçan digər onurğalılar koronavirusların daşıyıcılarıdır. Yarasalar alfakoronavirus və betakoronavirusların, quşlar isə qammakoronavirus və deltakoronavirusların təkamül keçirməsi və yayılması üçün ideal “sahib”lərdir. Koronaviruslar 1960-cı illərdə kəşf edilib. İlk dəfə toyuqlarda yoluxucu bronxit virusu, daha sonra insan koronavirusu 229E və insan koronavirusu OC43 olaraq adlandırılıb. Sonrakı dövrlərdə bu ailənin başqa üzvləri - 2003-cü ildə SARS-CoV, 2004-cü ildə HCoV NL63, 2005-ci ildə HKU1in, 2012-ci ildə MERS-CoV və 2019-cu ildə 2019-nCoV kimi formalar kəşf edilib. İnsan koronaviruslarının yeddi növü məlumdur: insan koronavirusu 229E (HCoV-229E), insan koronavirusu OC43 (HCoV-OC43), ağır kəskin respirator sindromu ilə əlaqəli koronavirus (SARS-CoV), insan koronavirusu NL63 (HCoV-NL63), insan koronavirusu HKU1, daha əvvəl yeni koronavirus - 2012 və HCoV-EMC kimi tanınan Orta Şərq tənəffüs sindromu ilə əlaqəli koronavirus (MERS-CoV) və 2019-nCoV. HCoV-229E, NL63, OC43 və HKU1 koronavirusları davamlı olaraq insan populyasiyasında dövr edir və dünya miqyasında böyüklər və uşaqlarda yoluxucu tənəffüs yolu xəstəliklərinə səbəb olur. 2003-cü ildə kəşf edilmiş insan koronavirusu, ağır kəskin respirator sindromuna səbəb olan SARS-CoV həm yuxarı, həm də aşağı tənəffüs yollarının infeksiyalarına gətirib çıxardığı üçün özünəməxsus patogenezə malikdir.

Qeyd edilib ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən ilkin olaraq 2019-nCoV, Virusların Taksonomiyası üzrə Beynəlxalq Komitə tərəfindən isə SARS-CoV-2 (ağır kəskin respirator sindrom koronavirusu-2) adlandırılan virus koronavirusların yeni ştamı olmaqla, eyni zamanda, Uxan koronavirusu, Uxan dəniz məhsulları bazarının sətəlcəm virusu və Uxan sətəlcəmi kimi tanınır. SARS-CoV-2 virusunun ağır kəskin respirator sindromuna səbəb olan SARS-CoV virusu ilə 70% identiklik təşkil etdiyi sübut olunub. Tədqiqatlar nəticəsində 2020-ci ilin martına qədər bu koronavirusun azı 149 dəyişik forması olduğu təsbit edilib, iki alt növə (L (70%) və S (30%)) ayrıldığı müəyyənləşdirilib. Daha az aqressiv olan S alt növü təkamül yolu ilə uyğunlaşaraq hazırda daha çox yayılmaqdadır. Virusun biomolekulyar koduna əsasən aparılmış zülal modelləşməsi göstərib ki, virusun reseptor-birləşdirici S-zülalı insanın anqqiotenzinçevirən ferment 2 (AÇF 2) zülalına qarşı kifayət qədər yüksək affinliyə malik olmaqla yanaşı, hüceyrəyə daxil olmaq üçün ondan giriş nöqtəsi kimi istifadə edir. 2020-ci ilin yanvar ayının sonunda Çin və ABŞ-da 2 qrup alim bir-birindən asılı olmayaraq məhz AÇF 2 zülalının SARS-CoV-2 virusunun reseptoru rolunu oynadığını sübut ediblər. Yeni koronavirus genomu, eyni zamanda, 1008 insan SARSCoV, 338 yarasa SARS-a oxşar CoV və 3131 insan MERS-CoV də daxil olmaqla digər koronaviruslarla müqayisə edilib. Müqayisəli analiz göstərdi ki, onlar demək olar, identikdirlər və yalnız 5 nukleotid fərqlidir. Aminturşu səviyyəsində 2019-nCoV ilə SARS-CoV arasında kifayət qədər oxşarlıq mövcud olsa da, nəzərə çarpan fərqlər də mövcuddur. Bu fərqlərin 2019-nCoV-un funksionallığına və patogenezinə necə təsir göstərdiyini xarakterizə etmək üçün gələcək tədqiqatlar tələb olunur. Ümumilikdə, 2019-nCoV (HB01), SARS və SARS-a oxşar virusların uyğun konsensus ardıcıllıqları arasında 380 amin turşusu əvəzləməsi baş vermişdir. Gələn illərdə koronavirusların yeni partlayışlarının olmayacağına heç kim zəmanət verə bilməz. SARS-CoV-2-in özünüqoruma mexanizmləri güclüdür və bu baxımdan onun yeni ştamlarının yaranması gözləniləndir.

Hazırda koronavirusa qarşı heç bir vaksin mövcud deyil, lakin dünyada bir neçə nüfuzlu təşkilat yeni koronavirusa qarşı vaksin hazırlamağa çalışır: Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CCDC), Şanxay Şərq Xəstəxanası, Honq Konq Universiteti və s. Epidemik Hazırlıq İnnovasiyası üzrə Norveç Koalisiyası (CEPI) koronavirusa qarşı üç vaksin layihəsini maliyyələşdirir və 2020-ci ilin iyun ayınadək vaksinin klinik tədqiqatlar mərhələsinə buraxılacağı gözlənilir. Eləcə də ABŞ Milli Sağlamlıq İnstitutları (NIH) ümid edir ki, 2020-ci ilin aprel ayının sonuna qədər COVID-19-a qarşı vaksinin hazırlanmasının ilkin iki mərhələsi tamamlanacaq və klinik tədqiqatlara başlanılacaq.

Azərbaycanda DST ilə sıx əməkdaşlıq şəraitində koronavirusa qarşı sosial-xilasedici yükü olan preventiv mübarizə tədbirlərinin həyata keçirilməsi təqdirəlayiqdir. Dövlət tərəfindən vaxtında və məqsədyönlü şəkildə aparılmış qabaqlayıcı tədbirlər kompleksinin tətbiqi nəticəsində yeni koronavirusun ölkədə yayılması buxovlanıb, təhlükə törədə biləcək miqrasiya prosesləri, karantin proseduru yarada bilən hallar tam nəzarətə götürülüb, əhali arasında maarifləndirmə işi yüksək səviyyədə təşkil edilib. Bütün dövlət orqanları, əlaqədar təşkilatlar, mütəxəssislər vahid məqsədə köklənib və xalqın sağlamlığının keşiyinə səfərbər edilib. Koronavirus infeksiyasına qarşı mübarizə vətəndaş-dövlət işbirliyini, yaxın əməkdaşlığı tələb edir ki, Azərbaycan belə bir həmrəyliyin təcəssümü kimi nümunə göstərilə bilər.

Son günlərdə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müşavirələrində təcili, təxirəsalınmaz və icrası məcburi olan bir sıra qərarlar qəbul edilib. Burada kütləvi tədbirlərin təxirə salınması qərara alınıb və martın 14-dən etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirləri tətbiq olunub, aidiyyəti qurumlara vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində DST-nin tövsiyələrinə uyğun olaraq tapşırıqlar verilib.

AMEA-da da koronavirusla bağlı profilaktik və maarifləndirici tədbirlərin görülməsi ilə bağlı önləyici addımlar atılmaqdadır. Bunların sırasında xüsusən AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Koronavirusla bağlı AMEA-da profilaktik tədbirlər haqqında” sərəncamını qeyd etmək lazımdır. Sərəncama əsasən, AMEA-nın elmi müəssisə və təşkilat rəhbərlərinə ciddi zərurət olmadığı halda müxtəlif xarakterli kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması, işçilərin koronavirusun yayıldığı ölkələrə ezamiyyətlərinin dayandırılması, AMEA-nın müvafiq inzibati binalarında müntəzəm olaraq sanitar-dezinfeksiya işlərinin həyata keçirilməsi, təqaüd yaşlı işçilərin işə davamiyyətində güzəştli şərtlərin tətbiq edilməsi tapşırılıb. Sənəddə, həmçinin qrip əlaməti müşahidə olunan işçilərin işə davamiyyətinin məhdudlaşdırılması və onların dərhal həkimə müraciət etmələri üçün maarifləndirici işlər aparılması, əlavə güzəştli davamiyyət rejiminin tətbiqi, eləcə də AMEA-nın müvafiq inzibati binalarının girişlərində qripə yoluxma hallarının müəyyənləşdirilməsinə imkan verən ilkin tibbi yoxlamaların təşkili məsələləri əksini tapıb. Bundan başqa, sərəncamda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinə koronavirusdan qorunma üsulları ilə bağlı kütləvi informasiya vasitələrində çıxışlar edilməsi, maarifləndirici materialların dərc olunması ilə bağlı müvafiq tapşırıqlar verilib.

Hazırda qeyd olunan qərar ciddi şəkildə yerinə yetirilir, AMEA-nın əksər inzibati binalarında dezinfeksiya işləri aparılır, əməkdaşlar müvafiq qoruyucu vasitələrlə təmin edilir. Burada bir məsələyə də diqqət yetirmək lazımdır.

Dezinfeksiyaedicilərin istifadəsi zamanı onların insan sağlamlığına mənfi təsirinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə hidrogen peroksid, ozon, perasetik turşu/peroksisas turşusu, fosfor turşusu, kalium hidroksid, natrium hidroksid kimi maddələrdən istifadə edilməsi tövsiyə olunur.

AMEA Biologiya və Tibb Elmləri Bölməsinin təşkilatçılığı ilə bir neçə gün əvvəl “Çin koronavirusu: miflər və gerçəklər, problemə elmi baxış” mövzusunda maarifləndirici seminarın keçirilməsi də təqdirəlayiq hesab edilə bilər. Aparıcı alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə “Koronaviruslar, təkamülü, davamlılıq mexanizmləri və onlara qarşı mübarizə yolları: keçmiş, bu gün və gələcək risklər”, “Patogenlər, onların növləri, təhlükə səviyyələri, təsir mexanizmləri, törətdikləri xəstəliklər və bu məsələlərə eksperimental yanaşmalar”, “SARS-CoV-2 koronavirusun mənşəyi, epizootologiyası və yayılma xüsusiyyətləri”, “Azərbaycanda koronavirusun yayılma təhlükəsinə qarşı fəaliyyətlər”, “Patologiyaların törədicilərinin miqrasiya yolları və biotəhlükəsizlik prinsipləri”, “Viruslarla bağlı risk menecment və ictimaiyyətin cəlb edilməsi: qabaqlayıcı tədbirlər və fövqəladə vəziyyət zamanı mümkün ssenarilər” mövzularında məruzələr dinlənilərək müzakirə edilib.

BTEB-in mütəxəssisləri tərəfindən mətbuatda, televiziya kanallarında, sosial şəbəkələrdə çıxışlar da mütəmadi hal almaqla, əhalinin maarifləndirilməsinə, səfərbər olunmasına dəyərli töhfələr verməkdədir. Bu istiqamətdə fəaliyyətlər bundan sonra da bütün gücü ilə davam etdiriləcəkdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub

ETSN: Bakı və Abşeronda tozun miqdarı normadan 2.2 dəfə çoxdur

Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib

Bakının bir çox yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Müasir Azərbaycanın inkişaf salnaməsi: Güclü dövlət, tarixi Zəfər və davamlı tərəqqi

Təmir işləri ilə əlaqədar bəzi ərazilərdə işıq olmayacaq

Çin kosmosa lazer rabitəli 10 peyk buraxıb

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib