SEÇKİ MƏNTƏQƏLƏRİ SƏSVERMƏYƏ TAM HAZIRDIR
109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilərdə dairə üzrə 9 bələdiyyəyə 51 üzv seçiləcəkdir. O cümlədən, 5 bələdiyyədə təkrar seçkilər keçiriləcək, 4 bələdiyyəyə isə yeni üzvlər seçiləcəkdir. Qeydə alınmış 108 namizədin 60-ı iqtidar partiyasını təmsil edir. Seçkilərin keçiriləcəyi 18 məntəqədə seçicilərin ümumi sayı 22 min 19 nəfərdir. Seçkilərin gedişini 216 yerli müşahidəçi izləyəcəkdir.
112 saylı Qax seçki dairəsi dairə seçki komissiyasından aldığımız məlumata görə isə builki seçkilərdə dairə üzrə 20 bələdiyyəyə boş qalmış 30 bələdiyyə üzvü yeri uğrunda 94 namizəd mübarizə aparacaqdır. Namizədlərin 40-ı Yeni Azərbaycan Partiyasını, qalanları isə digər siyasi partiyaları və bitərəfləri təmsil edirlər. Əvvəlki seçkilərdə nəticələri ləğv edilmiş Qıpçaq bələdiyyəsinə təkrar seçkilər keçiriləcəkdir. Burada 7 bələdiyyə üzvü yerinə 13 namizəd iddialıdır. Dairə üzrə seçkilərin keçiriləcəyi 20 seçki məntəqəsində seçicilərin ümumi sayı 12 min 901 nəfərdir. Seçkiləri izləyəcək müşahidəçilərin sayı isə artıq 250 nəfərə çatmışdır.