SƏDDAM HÜSEYNİN QIZI PREZİDENTLİK İDDİASINDADIR
Raqad Hüseyn qarşıdakı seçkilərdə dəstəklənmək üçün BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan ölkələrin səfirləri ilə yaxın vaxtlarda görüşmək qərarına gəlmişdir. O, öz namizədliyini irəli sürməsinin perspektivlərini ərəb dövlətlərinin başçıları ilə də müzakirə etməyi planlaşdırır.
37 yaşlı R.Hüseyn və kiçik bacısı Rəna hazırda İordaniyada yaşayırlar. Rəsmi Əmman onlara ölkə ərazisində siyasi fəaliyyət göstərməmək şərti ilə siyasi sığınacaq vermişdir. Odur ki, Raqad öz siyasi karyerasına başlamaq üçün İraqa köçməli olacaqdır. Bundan əlavə, seçki kampaniyasından əvvəl R.Hüseyn xarici görkəmini əsaslı surətdə dəyişdirmək üçün plastik cərrahiyyə əməliyyatına hazırlaşır.
O ki qaldı İraqda prezident seçkilərinin keçiriləcəyi vaxta, bu, hələ məlum deyildir. Çünki əvvəlcə bu ilin axırlarında, yaxud gələn ilin əvvəllərində Müvəqqəti Milli Məclis üzvlərinin seçkiləri olmalı, sonra isə onlar ölkə Konstitusiyasını hazırlamalıdırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:44]
Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər
- 22.09.2026 [22:35]
Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər
- 22.09.2026 [22:16]
ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]