SƏDDAM HÜSEYNİN QIZI VƏKİL JAK BERJESDƏN İMTİNA EDİR
AZƏRTAC-ın xarici informasiya agentliklərindən aldığı xəbərə görə, Səddam Hüseynin böyük qızı bildirmişdir ki, fransız vəkili Jak Berjesə onun atasını məhkəmədə müdafiə etmək səlahiyyəti verilməmişdir. Keçmiş diktatorun Əmmanda yaşayan qızı demişdir ki, Berjesin müdafiə üsulu onların seçdiyi vəkillər qrupunun metodlarına uyğun gəlmir.
Nasist cinayətkarları, məşhur terrorçuları, habelə keçmiş Serbiya lideri Slobodan Miloşeviçi müdafiə etmiş Berjes demişdir ki, Hüseynin qohumlarından prosesdə iştirak etmək xahişi almışdır. Mayın 9-da isə iordaniyalı vəkil Məhəmməd Əl-Radan müxtəlif ölkələrdən olan 20 vəkilin adını açıqlamışdır. Berjesin adı bu siyahıda yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [14:30]
Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?
- 11.06.2026 [14:21]
“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir
- 11.06.2026 [14:21]
Çin sınaq peykini kosmosa göndərib
- 11.06.2026 [14:02]
Rusiya səfirliyi Gümrüdə memorialın təhqir olunmasını pisləyib
- 11.06.2026 [13:53]
Bolqarıstan Səhiyyə Nazirliyi: Ölkədə 300 uşaq qızılcaya yoluxub
- 11.06.2026 [13:36]