Səfir: Azərbaycanda idmanın inkişafına yüksək dövlət qayğısı var
Tbilisi, 20 aprel, AZƏRTAC
Azərbaycanda idman sürətlə inkişaf edir. Azərbaycan idmançıları beynəlxalq yarışlarda, dünya, Avropa və Olimpiya çempionatlarında böyük uğurlar qazanır, bayrağımızı ucaldırlar.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti ölkədə idmanın inkişafına xüsusi diqqət yetirir. İdmançıların sosial rifah halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görür. Bu da idmançılarımıza ölkəmizə daha çox qələbə gətirmək üçün əlavə impuls verir.
Azərbaycan idmançılarının Gürcüstanın Qori şəhərində yeniyetmələr arasında onuncu beynəlxalq reqbi festivalında iştirakı bunu bir daha sübut edir.
“Ümid edirik ki, reqbi idmanı Azərbaycanda daha da inkişaf edəcək və gənclərimiz ölkəmizə kubok və digər mükafatlarla qayıdacaqlar”, - deyə F.Quliyev vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]