Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

ŞƏHƏR İCTİMAİYYƏTİNİN NÜMAYƏNDƏLƏRİ İLƏ GÖRÜŞ

Gəncə, 25 may (AZƏRTAC). Mayın 25-də Prezident İlham Əliyev Gəncədə ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşüb səmimi söhbət etmişdir.

Gəncə Dövlət Universitetinin professoru Sevda QURBANƏLİYEVA dövlətimizin başçısına gəncəlilərin ən xoş arzularını çatdıraraq dedi:

- Möhtərəm cənab Prezident, Sizi Nizami yurdunda böyük sevinclə salamlayırıq, qədim Gəncəyə xoş gəlmisiniz. Qürur hissi keçiririk ki, bu, son illərdə Sizin Gəncəyə 9-cu səfərinizdir. Bu, bizim üçün böyük şərəfdir və Sizin Gəncəyə olan qayğınızı, məhəbbətinizi göstərir. Hər gəlişiniz şəhərimizə böyük yeniliklər gətirir. Biz gəncəlilər hər zaman Sizin qayğınızı hiss edirik və Sizi doğma, ən əziz bir insan kimi, gəncəli kimi qəbul edirik.

Cənab Prezident, bu gün ölkəmizin bütün regionları kimi, Gəncə də sürətlə inkişaf edir, abadlaşır. Burada böyük quruculuq işləri aparılır. Bu, Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Qədirbilən gəncəlilər bütün bunlara görə Sizi böyük məhəbbətlə qurucu İlham adlandırırlar.

Cənab Prezident, ölkəmizdə elmə, təhsilə, mədəniyyətə göstərdiyiniz qayğı bir musiqişünas alim kimi məni çox sevindirir. Mehriban xanımın mənəvi dünyamızda böyük yeri olan muğamlarımıza göstərdiyi həssas münasibət, digər sahələrdə gördüyü işlər hamımızın ürəyindəndir. Biz şəhərimizdəki tarixi-memarlıq abidələrinin bərpasına görə Sizə və Mehriban xanıma daim minnətdar olacağıq.

Bu gün biz fəxr edirik ki, hansısa bir ölkənin vassalı deyil, sözün əsl mənasında müstəqil dövlətin vətəndaşlarıyıq. Cənab Prezident, bu, ümummilli lider Heydər Əliyevin və Sizin müdrik siyasətinizin nəticəsidir. Biz Sizin fəaliyyətinizlə qürur duyuruq. Sizə dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm. Mən sizin hamınızı ürəkdən salamlayıram. Gəncədə yenidən olmağımdan çox məmnunam. Hər dəfə bu şəhərdə olanda, buradakı gözəl yenilikləri görəndə ürəyim sevinir. Əminəm ki, siz də sevinirsiniz.

Son illər ərzində Gəncənin inkişafı üçün doğrudan da çox böyük işlər görülübdür. Həm yerli icra orqanları çox yaxşı işləyiblər, həm şəhər fəalları. Ümumiyyətlə, gəncəlilər özləri gözəl şəhərini qururlar və şəhər gözəlləşir, abadlaşır, yeni binalar tikilir. Çox sevindiricidir ki, hətta bu böhranlı aylarda da tikinti, demək olar ki, dayanmır. Düzdür, bütün dünyanı bürümüş böhran istər-istəməz Azərbaycana da öz təsirini göstərir. Ancaq biz çalışırıq ki, bu təsiri minimum səviyyəyə endirək. Böyük müəssisələrin müvəqqəti olaraq dayanması da əlbəttə, bir tərəfdən bizi narahat edir, digər tərəfdən Azərbaycanın artıq mövcud olan qüdrətli iqtisadi potensialı deməyə əsas verir ki, bu, müvəqqəti xarakter daşıyır. Əminəm ki, böyük müəssisələr fəaliyyətini yaxın zamanlarda bərpa edəcək. Orada işləyən insanlar isə dövlət tərəfindən təmin edilir, onların maaşları verilir və veriləcəkdir.

Gəncənin böyük tarixi var və mən çox şadam ki, şəhər öz tarixi simasını saxlamaqla müasirləşir, yeniləşir, çox gözəl binalar tikilir və bəzi köhnə binalar da bərpa olunur, təmir edilir. Bütün bunların çox böyük mənası var. Mən bu gün Bakıdan maşınla gələrkən böyük yol tikintisini də bir daha gördüm. Demək olar ki, Bakı-Gəncə avtomobil yolunun böyük əksəriyyəti artıq tikilib. Az hissə qalıb ki, o da ilin sonuna qədər bərpa edilməlidir, yenidən tikilməlidir və beləliklə, Bakıdan Gəncəyə çox rahat, özü də qısa müddət ərzində gəlmək mümkün olacaqdır.

Burada çox qədim tarixi binaların bərpası, tarixi abidələrin bərpası əlbəttə ki, çox sevindiricidir. Azərbaycan öz keçmişinə çox böyük hörmətlə yanaşır. Bir neçə gün bundan sonra biz Respublika gününü qeyd edəcəyik. 91 il bundan əvvəl Şərqdə ilk dəfə olaraq yaradılmış demokratik respublika dünya miqyasında çox böyük hadisədir. Gəncənin və gəncəlilərin bu işlərdə fəal iştirakı bütün Azərbaycan xalqına yaxşı bəllidir. Müstəqilliyin əsasları məhz burada qoyulmuşdur. Bütün dövrlərdə gəncəlilər Azərbaycanın müstəqil ölkə kimi yaşamasında çox mühüm işlər görmüşlər. Bu gün siz də qeyd etdiyiniz kimi, Azərbaycan müstəqil ölkə kimi yaşayır, müstəqil siyasət aparır, xalqın iradəsi ilə idarə olunur. Müstəqil siyasət bizə imkan verir ki, Azərbaycanın milli maraqları tam şəkildə müdafiə olunsun. İstər iqtisadi sahədə, istər siyasi sahədə, istər regionda baş verən hadisələrlə əlaqədar Azərbaycan nəinki öz sözünü deyir, hətta öz maraqlarını müdafiə də edə bilir.

O ki qaldı, gələcək işlərimizə, bizim işlərimiz sistemli xarakter daşıyır. Son beş ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilmiş qərarlar əsasında uğurlu icrası çox müsbət haldır. Növbəti beş il üçün yeni proqram tərtib olunub və icra edilməyə başlanmışdır.

Bizim iqtisadiyyatımızın əsas sahəsi energetikadır və dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı bütün neft ixrac edən ölkələr, o cümlədən Azərbaycan da müəyyən çətinliklərlə üzləşib. Amma buna baxmayaraq, bütün sosial proqramlar icra olunur, infrastruktur layihələri davam etdirilir. Böhranın deyə bilərəm ki, Azərbaycana müsbət təsiri də olmuşdur. O da ondan ibarətdir ki, istehlak qiymətləri aşağı düşüb. Ancaq büdcə təşkilatlarında çalışan insanların əmək haqları vaxtında ödənilir, pensiyalar ödənilir və ildən-ilə onların məbləği artır, gələcəkdə də artacaqdır.

Bu aylar ərzində iqtisadiyyatımız da artıb. Bütün dünyada iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda iqtisadi artım. Yəni bu, bir də onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi neftin qiyməti deyil, əsas səbəbi aparılan islahatlardır və cəmiyyətdəki çox gözəl əhval-ruhiyyə, ab-havadır. Əlbəttə ki, Azərbaycanın ikinci şəhəri Gəncənin belə gözəl görkəm alması bütövlükdə Azərbaycanda gedən işlərin nəticəsidir.

Mən bütün bu uğurlarla, son illər ərzində əldə edilmiş uğurlarla sizi ürəkdən təbrik edirəm, sizə yeni-yeni uğurlar arzulayıram. Sizə söz verirəm ki, mən həmişə olduğu kimi, Gəncəyə xüsusi diqqət göstərəcəyəm və şəhərin inkişafı üçün bütün lazımi tədbirlər görüləcəkdir. Sağ olun.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb