SƏHİYYƏ NAZİRİ TƏMİNATLI TİBBİ YARDIM HAQQINDA ƏMR VERMİŞDİR
Oqtay Şirəliyev bildirmişdir ki, bundan sonra səhiyyə sistemində işə qəbul test imtahanları yolu ilə olacaqdır. Boş yerlər barədə KİV-lərdə əvvəlcədən məlumat veriləcəkdir. İndi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə imtahan sualları hazırlanır.
Kadr sahəsində də bir sıra yeniliklər tətbiq olunacaqdır. Xəstəxana və ya poliklinika rəhbərlərini Səhiyyə Nazirliyi deyil, aşağı qurumlar təyin edəcəklər. Səhiyyə Nazirliyinin diqqəti tibb işçilərinin ixtisas səviyyəsinin yüksəldilməsi məsələlərinə yönəldiləcəkdir. Tibb müəssisələrində yaradılacaq komissiyalar Əmək Məcəlləsinin müddəalarına əsasən, işə qəbul və işdən azadetmə məsələləri ilə məşğul olacaqlar. Tibb müəssisələrinin işinin faktik həcmini mövcud xəstəxana çarpayılarının sayına müvafiq müəyyənləşdirmək haqqında təkliflər hazırlanacaqdır.