SƏHİYYƏ NAZİRLİYİNDƏ STRUKTUR DƏYİŞİKLİKLƏRİ EDİLMİŞDİR
Əczaçılıq və tibb texnikası, büdcədənkənar tibb xidməti şöbələri, müalicə-profilaktika şöbəsində müalicə-profilaktika, uşaq və anaların xəstəliklərinin müalicəsi və profilaktikası bölmələri, kadrlar, elm və təhsil şöbəsində eyniadlı bölmə ləğv olunmuşdur. Bundan başqa, yeni nazir müavini ştatı yaradılmışdır. Nazirlik sistemində əhalinin sağlamlığı üçün mühüm sahələrdən birinin işini əlaqələndirən qurum - sanitariya-epidemiologiya xidməti olmadığına görə, nazirliyin aparatında sanitariya-epidemiologiya nəzarəti bölməsi yaradılmışdır. Bakı Gigiyena və Epidemiologiya Mərkəzi, Respublika Dezinfeksiya Mərkəzi ləğv edilmişdir. Onların əsas funksiyaları və ştat vahidləri Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə verilmişdir.
Bütün struktur dəyişiklikləri maliyyə, əmək və əhalinin sosial müdafiəsi nazirlikləri ilə razılaşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]