ŞƏKİ-BALAKƏN BÖLGƏSİNDƏ BƏLƏDİYYƏSEÇKİLƏRİ DEMOKRATİK ŞƏRAİTDƏ KEÇİR
Səhər saat 8-dən etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsi üzrə 112 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açmışdır.
Seçkilərdə həmin dairələr üzrə 84 bələdiyyəyə 179 üzv seçiləcəkdir. Namizədlərin sayı isə 479 nəfərdir. Onlardan 212 nəfəri Yeni Azərbaycan Partiyasını, qalanları isə digər siyasi partiyaları və bitərəfləri təmsil edirlər.
Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, həmin dairələr üzrə adları seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı 94 min 454 nəfərdir. Seçkilərin gedişini müxtəlif ictimai birlikləri və siyasi partiyaları təmsil edən 1166 nəfər yerli müşahidəçi, habelə xeyli sayda məşvərətçi səs hüquqlu komissiya üzvü, səlahiyyətli nümayəndələr və namizədlərin vəkilləri izləyirlər. Səsvermənin azad, şəffaf və demokratik keçməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılmış, seçki məntəqələri zəruri texniki vasitələrlə, o cümlədən çiləyicisi olan mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilmişdir.
Dairə seçki komissiyalarından aldığımız məlumatlara görə, bölgə əhalisi mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər. Səhər saat 10.00-dək Şəki-Zaqatala bölgəsi üzrə seçicilərin hələlik 4,3 faizi və ya 4100 nəfər seçici səsvermədə iştirak etmişdir. Ayrı-ayrı dairələr üzrə isə səsvermənin ilkin nəticələri aşağıdakı kimi olmuşdur:
109 saylı Balakən seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilərdə dairə üzrə 9 bələdiyyəyə 51 üzv seçiləcəkdir. Dairə üzrə 5 bələdiyyəyə təkrar seçkilər keçirilir, 4 bələdiyyəyə isə yeni üzvlər seçiləcəkdir. Qeydə alınmış 108 namizədin 60-ı iqtidar partiyasını, qalanları isə digər siyasi partiyaları və bitərəfləri təmsil edirlər. Seçkilərin keçirildiyi 18 məntəqədə seçicilərin ümumi sayı 22005 nəfərdir. Seçkilərin gedişini 216 yerli müşahidəçi izləyir. Saat 10.00-dək artıq seçicilərin 5,5 faizi və ya 1213 nəfəri səsvermədə iştirak etmişdir.
110 saylı Zaqatala seçki dairəsi dairə seçki komissiyasından verilən məlumata görə, seçkilərin keçirildiyi 6 bələdiyyəyə üzrə 6 üzv yerinə iddialıların sayı 19 nəfərdir. Onlardan 8-i Yeni Azərbaycan Partiyasını təmsil edir. AKP, AMİP, Demokratik İslahatlar və Sosial Rifah partiyalarının hər birindən bir namizəd qeydə alınmışdır. Namizədlərin 7-si isə bitərəfdir. Seçkilərin keçirildiyi 11 məntəqədə seçicilərin ümumi sayı 10 min 692 nəfərdir. Seçkiləri 86 nəfər yerli müşahidəçi izləyir. Saat 10.00-dək seçicilərin 350 nəfəri və ya 3,3 faizi səsvermədə iştirak etmişdir.
111 saylı Zaqatala-Balakən seçki dairəsi dairə seçki komissiyasından aldığımız məlumata görə, dairə üzrə təkrar seçkilərin keçirildiyi Balakən rayonunun Hənifə bələdiyyəsində 11 yer uğrunda 21 namizəd mübarizə aparır. Onlardan 17-si Yeni Azərbaycan Partiyasını, 2-si bitərəfləri, digərləri isə VHP, və Sosial Rifah Partiyalarını təmsil edirlər. Səsvermənin keçirildiyi 2 seçki məntəqəsi üzrə seçicilərin ümumi sayı 3056, qeydə alınan müşahidəçilərin sayı isə 29 nəfərdir. Saat 10.00-dək seçicilərin 4 faizi və ya 124 nəfəri artıq öz seçimlərini etmişlər.
112 saylı Qax seçki dairəsi üzrə 20 bələdiyyəyə boş qalmış 30 bələdiyyə üzvü yeri uğrunda 94 namizəd mübarizə aparır. Namizədlərin 40-ı YAP-ı, qalanları isə digər siyasi partiyaları və bitərəfləri təmsil edirlər. Əvvəlki seçkilərdə nəticələri ləğv edilmiş Qıpçaq bələdiyyəsinə təkrar seçkilər keçirilir. Burada 7 bələdiyyə üzvü yerinə 13 namizəd iddialıdır. Səsvermə dairə üzrə 20 seçki məntəqəsində təşkil olunmuşdur. Seçicilərin ümumi sayı 12 min 901 nəfərdir. Seçkiləri 250 nəfərədək yerli müşahidəçi izləyir. Saat 10.00-dək seçicilərin 4,2 faizi və ya 545 nəfəri səsvermədə iştirak etmişdir.
113 saylı Şəki şəhər seçki dairəsi dairə seçki komissiyasının məlumatına görə, səhər saatlarında hələlik seçicilərin yalnız 1,08 faizi və ya 32 nəfəri öz seçimlərini etmişdir. Bu dairə üzrə Qoxmuq bələdiyyəsinə boş qalmış 2 yer uğrunda 6 namizəd mübarizə aparır. Onlardan 2 nəfəri YAP-ı, 1 nəfər Vətəndaş Birliyi Partiyasını, 3-ü isə bitərəfləri təmsil edirlər. Seçkilərin keçirildiyi 2 məntəqədə seçicilərin ümumi sayı 2970, müşahidəçilərin sayı isə 27 nəfərdir.
114 saylı Şəki kənd birinci seçki dairəsində bu seçkilərdə 3 bələdiyyəyə 4 yer uğrunda 15 namizəd mübarizə aparır. İddiaçıların 6-sı YAP-ı, 3-ü Sosial Rifah Partiyasını, 6 nəfər isə bitərəfləri təmsil edirlər. Seçkilərin keçirildiyi 5 məntəqədə seçicilərin ümumi sayı 5570 nəfərdir. Səsvermənin gedişini 68 nəfər yerli müşahidəçi izləyir. İlkin saatlarda hələlik seçicilərin 116 nəfəri səsvermədə iştirak etmişdir.
115 saylı Şəki kənd ikinci seçki dairəsində seçkilər seçicilərin fəallığı şəraitində keçir. Səhər saatlarında seçicilərin 4,3 faizi və ya 606 nəfəri artıq seçimlərini etmişlər. Bu dairə üzrə 13 bələdiyyəyə 16 üzv yeri uğrunda 57 namizəd mübarizə aparır. Namizədlərin 16-sı iqtidar, qalanları isə digər siyasi partiyaları və bitərəfləri təmsil edirlər. Səsvermə 17 məntəqədə keçirilir. Seçicilərin ümumi sayı 13967 nəfərdir. Səsvermənin gedişini 213 yerli müşahidəçi izləyir.
116 saylı Qəbələ seçki dairəsi üzrə 18 bələdiyyəyə boş qalmış 34 yer uğrunda 91 namizəd mübarizə aparır. İddiaçılar arasında 42 nəfər YAP üzvü, 42 nəfər bitərəf, habelə AMİP, Müsavat, AXCP, AKP, Ümid və Bütöv Azərbaycan partiyalarının nümayəndələri vardır. 18 bələdiyyədən 2-də- Yenikənd və Bayramkoxalı bələdiyyələrinə təkrar seçkilər keçirilir. Seçkilərin keçirildiyi 18 məntəqədə seçicilərin ümumi sayı 10516, qeydə alınan müşahidəçilərin sayı isə 126 nəfərdir. Səhər saat 10.00-dək bu dairə üzrə seçicilərin 4,5 faizi və ya 469 nəfəri səsvermədə iştirak etmişdir.
117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə 12 bələdiyyəyə 21 yer uğrunda 68 namizəd mübarizə aparır. Onlardan 21-i YAP, qalanları isə bitərəfləri, habelə Böyük Quruluş, Sosial Rifah, Müsavat və digər siyasi partiyaları təmsil edirlər. Seçkilər 16 məntəqədə keçirilir. Bundan əlavə, rayonda məskunlaşmış məcburi köçkünlər üçün daha 3 seçki məntəqəsi təşkil edilmişdir. Dairə üzrə seçicilərin ümumi sayı 12777 nəfərdir. Səsvermənin gedişini 151 müşahidəçi izləyir. Səhər saatlarında artıq seçicilərin 5 faizi və ya 645 nəfəri artıq öz seçimlərini etmişdir.