ŞƏKİDƏ 41 MİN HEKTARDA TAXIL SƏPİNİ BAŞA ÇATMIŞDIR
Şəhər icra hakimiyyəti başçısı aparatının aqrar məsələlər şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari payız-qış mövsümündə havaların nisbətən mülayim keçməsi bəzi ərazilərdə, xüsusilə də Sarıca zonasında əkin sahələrinin qorxulu zərərvericilərlə, o cümlədən taxıl hafı ilə yoluxmasına səbəb olmuşdur.
Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin Respublika Bitki Mühafizəsi Stansiyasının mütəxəssisləri vəziyyətlə tanış olmaq üçün rayona gəlmiş, yerli mütəxəssislərlə birlikdə taxıl əkilmiş sahələrdə müşahidələr aparmışlar. İlkin müşahidələr göstərir ki, hazırda rayonda 1600 hektara yaxın əkin sahəsinə qorxulu zərərvericilər darışmışdır. Bu sahələrin 480 hektarında kimyəvi mübarizə tədbirlərinin aparılmasına daha çox ehtiyac vardır.
Mütəxəssislərin bildirdiyinə görə, taxıl hafı ilə mübarizəni fermerlər özləri aparmalı, əkin zamanı müəyyən olunmuş aqrotexniki qaydalara ciddi əməl etməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]