ŞƏKİDƏ XOCALI SOYQIRIMININ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR ANMA MƏRASİMLƏRİ KEÇİRİLMİŞDİR
Şəki Şəhər İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, XX əsrin ən dəhşətli kütləvi qırğınlarından olan Xocalı faciəsinin on beşinci ildönümü ilə əlaqədar rayonun ayrı-ayrı əmək kollektivlərində, təhsil müəssisələri və mədəniyyət ocaqlarında faciə qurbanlarının xatirəsinə həsr olunmuş anma mərasimləri keçirilmiş, sərgilər təşkil edilmişdir.
Hüzn günü ərəfəsində şəhər gənclər və idman idarəsinin xətti ilə uşaq yaradıcılıq mərkəzində “Xocalı - qan yaddaşımız” mövzusunda elmi konfrans keçirilmişdir. Fevralın 26-da rayonun bütün təhsil müəssisələrində ilk dərslər Xocalı soyqırımına həsr olunmuşdur. Rayonda məskunlaşan 89 xocalılı məcburi köçkün ailəsinə ərzaq yardımları paylanmış, məscidlərdə şəhidlərin ruhuna dua oxunmuşdur.
Axundov adına Mədəniyyət evində Xocalıdan olan məcburi köçkünlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə ümumşəhər anma mərasimi keçirilmişdir. Mərasimin əvvəlində 15 il öncə dinc soydaşlarımıza qarşı törədilən vəhşiliklərdən bəhs edən sənədli film nümayiş etdirilmişdir. Çıxış edənlər erməni cəlladlarının xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımı siyasətini qətiyyətlə pisləmiş, eyni zamanda, Xocalı faciəsinin ibrət dərslərindən danışmışlar. Axırda məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya göstərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]