Azərbaycan Dövlət İnformasiya Agentliyi

ŞƏMKİR OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞI

ŞƏMKİR OLİMPİYA İDMAN KOMPLEKSİNİN AÇILIŞI

Şəmkir, 25 may (AZƏRTAC). Mayın 25-də Şəmkir Olimpiya İdman Kompleksinin açılış mərasimi olmuşdur.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, idmançılar dövlətimizin başçısını mehribanlıqla, hərarətli alqışlarla qarşıladılar.

Dövlətimizin başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə yaxından tanış oldu.

Məlumat verildi ki, tikintisi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bu kompleksin təməli 2006-cı il noyabrın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Obyektin layihəsini Gənclər və İdman Nazirliyinin sifarişi ilə “Azərinşaatlayihə”İnstitutu hazırlamışdır.

Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 682 tamaşaçı tutan zalda elektron tablo quraşdırılmışdır. Burada digər idman növləri üçün də meydançalar vardır. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilmişdir. Əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası vardır.

Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılmışdır.

Ərazidə geniş və yaraşıqlı istirahət parkı salınmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılmışdır.

Dövlətimizin başçısı kompleksdə gənc idmançıların çıxışlarını, onların fiziki hazırlıq səviyyəsini izlədi.

X X X

Sonra Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşdü.

Şəmkir güləş məktəbinin direktoru Mikayıl SADİQOV rayon sakinlərinin minnətdarlığını çatdıraraq dedı:

-Cənab Prezident, icazə verin Sizi bütün şəmkirlilər adından salamlayım və Şəmkirə “Xoş gəlmisiniz!” deyim.

Möhtərəm Prezident, şəmkirlilər bu günü çox səbirsizliklə gözləyirdilər. Çünki iki il bundan əvvəl Siz burada Olimpiya İdman Kompleksinin təməlini qoyanda çıxış edərək söz verdiniz ki, mən bu kompleksin açılışında şəxsən iştirak edəcəyəm. Sözünüzə əməl edib Şəmkirə gələrək Olimpiya Kompleksinin açılışında iştirak etdiyinizə görə Sizə bütün şəmkirlilər adından təşəkkürümüzü bildiririk.

Cənab Prezident, bu gün açılışını etdiyimiz Şəmkir Olimpiya İdman Kompleksi Sizin idmançılara hədiyyə etdiyiniz 19-cu olimpiya kompleksidir və tikilməkdə olan, yaxın vaxtlarda istifadəyə veriləcək kompleksləri də bunun üstünə əlavə etsək, onda bunların sayı 35-ə çatacaqdır. İnkişaf etmiş heç bir Avropa ölkəsində qısa müddət ərzində bu qədər idman obyektləri tikilib istifadəyə verilməmişdir.

Tikilən hər bir idman obyekti gənc nəslin, idmançıların, gənclərin sağlam böyüməsinə xidmət edir. Bunun üçün çəkdiyiniz zəhmətə görə Azərbaycan xalqı kimi, Şəmkir camaatı da Sizi ürəkdən salamlayır.

İndi dünya xalqları Azərbaycanı idman xarüqələri yaradan bir ölkə kimi tanıyır, çempionlar diyarı kimi tanıyır. Axırıncı Pekin Olimpiadasından başlayaraq, üzü bəri Azərbaycan idmançıları hansı bir mötəbər yarışlarda iştirak ediblərsə, həmişə Vətənimizə əlidolu qayıdıblar. Pekin Olimpiadasında idmançıların qazandığı böyük qələbələr və Sizin orada qürur hissi ilə ayağa qalxaraq idmançılarımızı salamlamağınız biz idmançıların və gənclərin hamısına böyük ruh gətirmişdir.

Buna görə də Sizin çəkdiyiniz zəhmət hədər getmir və çempionlarımızın sayı günbəgün çoxalır. Cənab Prezident, bu il güləş ili olub. Güləşçilərimiz ikinci dəfə dünya kubokunu Bakıya gətirdilər. Az sonra isə Pribaltika ölkələrində güləşçilərimiz misli görünməmiş qələbələr qazandılar. Belə ki, komanda heyətinə daxil olan 7 idmançıdan 6-sı Vətənə medalla qayıtdı və eyni zamanda, onların 4-ü qələbə kürsüsünün ən yüksək pilləsinə qalxdı. Onlar Azərbaycanın dövlət himnini dörd dəfə səsləndirərək bayrağımızı bütün bayraqlardan uca tutdular.

Cənab Prezident, bu uğurlar, Sizin çəkdiyiniz zəhmətin göstərdiyiniz diqqət və qayğının bəhrələridir. Eyni zamanda, dünya idman federasiyaları öz yarışlarını, çempionatlarını və birinciliklərini Azərbaycanda keçirməyə məmnuniyyətlə razılıq verirlər. Çünki Azərbaycanda idmana dövlət qayğısı vardır. Azərbaycanın hər bir mötəbər yarışı keçirmək üçün böyük mədəniyyəti var, yarış keçirmə mədəniyyəti var, gözəl qonaqpərvərliyi var, eyni zamanda, Azərbaycanın hazırda çoxlu adlı-sanlı, ulduz idmançıları var.

Hörmətli Prezident, mən həyatımın 35 ilini idmana sərf etmişəm, gənc nəslin yetişməsinə həsr etmişəm. Dünya idmanında Azərbaycan idmançılarının qazandığı nailiyyətlərdə Şəmkir idmançılarının da azacıq da olsa payı var. Eyni zamanda, yetirmələrimdən İlqar Abdullayev, Saday İsmayılov, Rafael Qurbanov, Elçin Həsənov müxtəlif illərdə yeniyetmə və gənclər arasında dünya və Avropa birinciliklərinin mükafatçıları olmuşlar. Şahmatçımız Qədir Hüseynov, boksçumuz Aslan Bayramov müxtəlif illərdə yığma komandanın tərkibində dünya və Avropa birinciliklərinin mükafatçısı və qalibləri olmuşlar.

Mən onu da qeyd etmək istəyirəm ki, Azərbaycan səhiyyəsinin, təhsilinin, idmanının inkişafında Mehriban xanım Əliyevanın əvəzsiz rolu vardır. Gimnastlarımız bu il Bakıda keçirilən Avropa çempionatında gözəl çıxış etdilər. Baxmayaraq ki, bu idman növü respublikamızda yenidir, gimnastlarımız dünya və Avropa birinciliklərində, eyni zamanda, olimpiadada gözəl çıxış etdilər və qazandıqları 3 medal və ümumi komanda hesabında ikinci yerə çıxmaları bizi sevindirdi. Bu qələbə münasibətilə Mehriban xanım Əliyevanı ürəkdən təbrik edirik.

Cənab Prezident, mən Sizi əmin edirəm ki, bu gün açılışını etdiyiniz Şəmkir Olimpiya İdman Kompleksinə gənclərin böyük axını olacaqdır. Şəmkir idmançılar şəhəridir. Mən Sizi əmin edirəm ki, yaxın gələcəkdə Şəmkirdə, bax bu idman zalında şəmkirli gənclər qısa müddət ərzində idmanın müxtəlif bölmələrində idmanla məşğul olub, öz ustalıqlarını artırıb, tezliklə Azərbaycan yığma komandasının tərkibində dünya birinciliklərində, Avropa birinciliyində bayrağımızı yüksəklərə qaldıracaqlar. Buna əmin ola bilərsiniz.

Mən Sizə şəmkirlilər adından bir daha uzun ömür, cansağlığı arzulayıram.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi:

-Çox sağ olun, təşəkkür edirəm. Sizi gözəl Olimpiya İdman Kompleksinin açılışı münasibətilə ürəkdən təbrik edirəm.

İki il yarım bundan əvvəl, bax bu yerdə, - bura boş bir yer idi, - təməl daşını bərabər qoyduq. Düz deyirsiniz, o vaxt demişdim ki, açılışında özüm gəlib iştirak edəcəyəm və bu gün çox böyük məmnuniyyət hissi ilə bu gözəl binanın qarşısında sizinlə görüşürük.

Doğrudan da, bu, Şəmkirə, şəmkirlilərə gözəl hədiyyədir və burada idmanla məşğul olmaq üçün gözəl şərait var. Gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün gözəl imkanlar var - üzgüçülük hovuzu, açıq meydançalar, tennis, basketbol, futbol, voleybol zalı. Yəni, bura bir idman və gənclər mərkəzidir. Şəhərə də əlavə yaraşıq verir. bu gözəl bina şəhərin girişində yerləşir. Əzəmətli binadır və burada ən müasir standartlar tətbiq olunubdur, gözəl memarlıq abidəsidir. Həm xarici görünüşü, həm də daxili tərtibatı ən yüksək səviyyədədir. Mən əminəm ki, burada uşaqlar, gənc nəsil, idmançılar məşğul olacaqlar, öz peşəkarlığını artıracaqlar. Eyni zamanda, Şəmkir sakinləri üçün də burada yaxşı şərait var.

O ki qaldı, idmanın ümumi inkişafına, Azərbaycan idman dövlətidir. Bunu təkcə biz yox, bütün dünyanın idman aləmi deyir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, qeyd etdiyiniz güləş üzrə Avropa çempionatında, dünya kubokunda uğurlarımız deməyə əsas verir ki, Azərbaycan dünya miqyasında birincilər sırasındadır. Həm yeniyetmələr, həm uşaqlar, həm də ki, peşəkar idmançılarımız çox böyük istedada malikdir. Şəmkirdə də ənənəvi olaraq həmişə gözəl idmançılar olub. Bu gün idmanla məşğul olmaq üçün ən gözəl şərait də var. Mən çox istəyirəm ki, uşaqlar bu idman bölmələrinə - burada idman bölmələri təşkil edilsin, - gəlib idmanla məşğul olsunlar. Bu, həm ölkəmizin idman şöhrətinin ucaldılması üçün, həm də ki, hər bir gəncin sağlamlığı üçün, vətənpərvərlik ruhunda böyüməsi üçün çox lazımdır. Azərbaycanda idman artıq çox geniş yayılır, hər yerdə idman kompleksləri tikilir. Bu, uzunmüddətli proqramdır. Biz bütün yerlərdə, bütün şəhərlərdə gözəl idman infrastrukturu yaradırıq. Şəmkirdə bu gözəl idman kompleksi, deyə bilərəm ki, Azərbaycanda tikilmiş komplekslər içində birinci yerlərdədir.

Bizim böyük planlarımız var. Azərbaycanda indi müxtəlif beynəlxalq yarışlar keçirilir. Hətta biz Olimpiya oyunlarını Azərbaycanda keçirmək istədik. Ancaq bizim birinci müraciətimiz hələ ki, cavabsız qaldı. O da təbiidir. Dünyada elə hal olmayıb ki, ilk dəfə hansısa ölkə müraciət etsin və Olimpiya oyunlarını keçirməyə müvəffəq olsun. Amma bizim müraciətimiz onu göstərir ki, biz buna qadirik. Həm ölkənin iqtisadi inkişaf baxımından, həm də idman infrastrukturunun mövcudluğu baxımından buna qadirik. Azərbaycanda istənilən idman yarışı keçirilə bilər.

Ona görə mən bu gün idmançılara uğurlar və yeni qələbələr arzulayıram. Yəni, gənc nəsil sizə - bizim qəhrəman idmançılara, oxşamalıdır. Yaxşı nümunələr var, Şəmkirin yetirməsi Mövlud Mirəliyev də Pekin Olimpiya oyunlarında çox böyük nailiyyət göstərib.

Şəmkirin ümumi inkişafı da çox ürəkaçandır. Burada gözəl işlər görülüb, yeni müəssisələr, iş yerləri açılır, şəhər abadlaşır. Bu gün bura gəlməzdən əvvəl Şəmkirçay su anbarının təməl daşını qoyduq. Böyük bir layihədir. Bu layihə hələ Sovet İttifaqı zamanında dəfələrlə beşillik plana salınırdı, çıxarılırdı. Ona görə ki, vəsait yox idi. Son bir neçə il ərzində çox bu layihə üzərində biz ciddi işlədik. Düzdür, çox böyük vəsait tələb edir. İlkin hesablamalara görə, haradasa, 400 milyon manat dəyərində investisiya qoyulacaqdır. Amma biz qərara gəldik ki, bunu etməliyik. Çünki bu, bölgə üçün lazımdır. On minlərlə hektar torpaq suvarılacaqdır. Minlərlə insan işlə təmin olunacaqdır. Kənd təsərrüfatının inkişafı sürətlə gedəcək. Bu tikinti zamanı yüzlərlə, minlərlə insan burada işləyəcəklər, özləri üçün iş yerləri tapacaqlar. Yəni, bu investisiya bütün rayon infrastrukturuna öz müsbət təsirini göstərəcəkdir. Ən önəmlisi isə kənd təsərrüfatının inkişafına xidmət göstərəcəkdir. Biz ərzaq təhlükəsizliyini təmin etmişik. Bu gün yeni sahələrin işə salınması, suvarma məsələlərinin həlli əlbəttə ki, Azərbaycanı ərzaq təhlükəsizliyi baxımından çox gücləndirəcəkdir. Bizim ərzaq məhsullarımız ixrac edilir, yaxın zamanlarda daha da geniş həcmdə ixrac ediləcəkdir.

Bu gün, eyni zamanda, qonşu rayonlarda da olmuşuq. Göygöldə yeni böyük xəstəxananın açılışında iştirak etdik, Şəmkirçay su anbarı, yeni şərab zavodu, Gəncədə yeni obyektlərin yaradılması ilə tanış oldum. Sabah Gədəbəy rayonunda Azərbaycan üçün yeni bir sənaye sahəsi açılır, qızıl sənayesi. Ora böyük investisiyalar qoyulur. Yəni, bu zonanın bütünlükdə inkişafı üçün çox gözəl şərait var, gözəl işlər də görülüb. Bütün görülən işlər münasibətilə mən sizi təbrik edirəm. Şəmkirlilərin bu işlərdə çox böyük əməyi olub, böyük fədakarlığı olub və həmişə mən də çalışacağam ki, rayon üçün önəmli olan problemləri birlikdə həll edək.

SAKİNLƏR: Yaşasın İlham Əliyev!

X X X

Prezident İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.

######

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük Britaniya Çernobıl AES-in təmiri üçün 22,5 milyon vəsait ayırıb

İndoneziyada turist gəmisi batıb: 23 yaşlı təlimatçı itkin düşüb

ABŞ Ordusu Latın Amerikasında narkotik qaçaqmalçılığına qarşı təlimlərə başlayır

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb