Sərbəst güləş üzrə Azərbaycan millisi dördüncü dəfə Avropa çempionu olub
Bakı, 20 aprel, AZƏRTAC
Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub. Millimiz qitə birinciliyində 2 qızıl, 2 gümüş və 2 bürünc olmaqla, 6 medal qazanıb.
AZƏRTAC xəbər verir ki, bu nəticə ilə komandamız 150 xal toplayaraq Avropa çempionu olub. Gürcüstan (137) ikinci, Türkiyə (115) isə üçüncü yeri tutub. Bu, sərbəst güləş üzrə yığmamızın ardıcıl ikinci, ümumilikdə isə dördüncü Avropa çempionluğu olub.
Komandamız medalların əyarına görə də bütün ölkələri qabaqlayıb. Millimiz həm də bu göstəricidə özünün son 4 ildə ən yaxşı nəticəsinə imza atıb.
Qeyd edək ki, milli üzvlərindən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) Avropa çempionu olub. Osman Nurmaqomedovla (92 kq) Maqomedxan Maqomedov (97 kq) gümüş, Abubakr Abakarov (86 kq) və Georgi Meşvildişvili (125 kq) isə bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]