Sərbəst güləş üzrə yığmamızın dünya çempionatı üçün ilkin heyəti açıqlanıb
Bakı, 25 avqust, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan millisinin bu ilin sentyabrında Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatı üçün ilkin heyəti açıqlanıb.
AZƏRTAC Dünya Güləş Birliyinin rəsmi saytına istinadən xəbər verir ki, ölkəmiz nüfuzlu yarışda 10 idmançı ilə təmsil olunacaq.
Mundialda Əliabbas Rzazadə (57 kiloqram), İntiqam Vəlizadə (61 kiloqram), Hacı Əliyev (65 kiloqram), Maqomedbəşir Xanıyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Abubakr Abakarov (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) mübarizə aparacaq.
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı sentyabrın 16-24 təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]