Sərbəst güləşçilər Avropa çempionatı və lisenziya turnirinə Göygöldə hazırlaşırlar
Bakı, 12 yanvar, AZƏRTAC
Sərbəst güləş üzrə Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Göygöl Olimpiya İdman Kompleksində keçirilən hazırlıq prosesinə 46 idmançı cəlb edilib.
Baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında keçirilən məşqlərdə fiziki hazırlığın yüksəldilməsinə daha çox diqqət yetirilir. Təlim-məşq toplanışında gənclərdən ibarət millinin üzvləri də iştirak edirlər.
Yığma yanvarın 20-dək həmin məkanda hazırlıq prosesi keçəcək.
Qeyd edək ki, toplanış gələn ay Buxarestdə keçiriləcək Avropa çempionatına və apreldə Bakıda təşkil ediləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]
FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib
- 07.10.2026 [14:08]
“Səbail” legioner futbolçu transfer edib
- 07.10.2026 [12:49]