Sərbəst güləşçimiz Turan Bayramov dünya çempionatının yarımfinal mərhələsinə yüksəlib
Bakı, 4 oktyabr, AZƏRTAC
Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, üçüncü yarış günündə - oktyabrın 4-də 70 və 97 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Güləşçimiz Turan Bayramov (70 kq) səkkizdəbir finalda dünya ikincisi Adam Batırovla qarşılaşıb. Təcrübəli Bəhreyn təmsilçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən görüşdə həmyerlimiz əzmkar qələbə qazanıb. Dörddəbir finaldakı rəqib də dünya ikincisi olub. ABŞ idmançısı Ceyms Qrinlə qarşılaşma da dramatik məcrada keçib. Yekunda qələbəni minimal fərqlə əldə edən T.Bayramov dünya çempionatının yarımfinalına yüksəlib. Güləşçimizin rəqibi polşalı Məhəmmədmurad Hacıyev olacaq. Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
Digər güləşçimiz İslam İlyasov (97 kq) debütdə Belarus idmançısına minimal fərqlə uduzub.
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [18:49]
Formula 2 Azərbaycan Qran-Prisinin qalibi Formula 1 komandası ilə anlaşıb
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]