“Şərq araşdırmaları” jurnalının növbəti nömrəsində
Bakı, 27 fevral, AZƏRTAC
Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının 2-ci nömrəsi nəşr edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, jurnalda filologiya, tarix, siyasi elmlər, fəlsəfə, ilahiyyat və iqtisadiyyat sahələrinə aid 21 elmi məqalə dərc olunub. Jurnalın yeni nömrəsində “Cəmiyyətin mənəvi problemlərinin Misir ədəbiyyatında inikası”, “Naturalist qadın şairələr və Məsturə”, “Orta Asiya” və “Mərkəzi Asiya” anlayışlarının nisbəti”, “Azərbaycan gəncliyinin milli kimliyinin əsasını qoyan ilk şəxs - Mirzə Həsən Rüşdiyyə”, “Sədr ailəsinin İraqın müasir siyasi tarixində rolu”, “Postmodern diskursunda qlokallaşma və hibridlik”, “İslam dinində həmrəylik anlayışı və onun müasir dövrün çağırışları baxımından əhəmiyyəti” və digər məqalələrlə tanış olmaq mümkündür.
Qeyd edək ki, jurnalın növbəti nömrəsinə məqalə qəbuluna başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:32]
“Qəlbin simfoniyası” - bəstəkar Fikrət Əlizadənin yubiley gecəsi
- 06.10.2026 [18:16]
Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib
- 06.10.2026 [17:45]
BDU əməkdaşı “HackerRank Campus Crew 2026” proqramına seçilib
- 06.10.2026 [16:30]