Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərqşünaslıq İnstitutu ili yüksək elmi göstəricilərlə başa vurub

Şərqşünaslıq İnstitutu ili yüksək elmi göstəricilərlə başa vurub

Bakı, 30 dekabr, AZƏRTAC

Şərq ölkələrinin ictimai, iqtisadi, mədəni, tarixi inkişafı və Azərbaycanla əlaqələrinə dair dəyərli tədqiqatların aparıldığı AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu 2025-ci ili yüksək elmi göstəricilərlə başa vurub.

Şərqşünaslıq İnstitutundan AZƏRTAC-a bildirilib ki, 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə əlaqədar “Konstitusiya və Suverenlik İli”nə, eləcə də AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfranslar, Seyid Əzim Şirvaninin, Üzeyir Hacıbəylinin, Fətəli xan Xoyskinin, Bəxtiyar Vahabzadənin yubileyləri ilə əlaqədar elmi sessiyalar təşkil edilib. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın təsdiq edilməsi haqqında 19 mart 2025-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar Şərqşünaslıq İnstitutunda Rəqəmsal şərqşünaslıq, süni intellekt və elektron xidmətlər şöbəsi yaradılıb. Yeni şöbə şərqşünaslıq elminin müasir yüksək texnoloji tələblərə uyğun inkişafının təmin edilməsi istiqamətində fəaliyyətə başlayıb. Şərq dilləri, ədəbiyyatı və mədəniyyətinin rəqəmsal resurslar əsasında tədqiqi, məlumatların rəqəmsallaşdırılması, təhlili və təqdimat metodlarının təkmilləşdirilməsi, habelə rəqəmsal texnologiyaların şərqşünaslıq sahəsində tətbiq imkanlarının elmi müstəvidə araşdırılması xüsusi aktuallıq kəsb edir və yeni şöbə də öz fəaliyyətini bu istiqamətdə qurub.

İnstitutda elmi tədqiqatlar 5 problem çərçivəsində aparılıb. “Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi vəziyyəti, Şərq ölkələri ilə Azərbaycanın əlaqələri” problemi çərçivəsində “Cümhuriyyət Xalq Partiyasının Türkiyə siyasətində yeri və rolu (2003-2023-cü illər)”, “NATO çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizədə Türkiyə və ABŞ-ın əməkdaşlığı”, “Ərəb coğrafi ədəbiyyatının təşəkkülü mərhələləri və əyalətlərdə xilafət siyasətinin həyata keçirilməsində əhəmiyyəti”, “Böyük coğrafi kəşflər və Orta Şərq və Azərbaycan üzərindən keçən ticarət yolları”, “Ərəb işğalları zamanı ərəb tayfaları arasında rəqabət münasibətləri: Azərbaycanda ərəblərin məskunlaşması barədə mənbələrdəki məlumat”, “İran ictimai-siyasi həyatında Azərbaycan əsilli qanunvericilərin rolu (1925-1979-cu illər)”, “İranın sosial-iqtisadi strukturunda Cənubi Azərbaycanın yeri (1947-1979-cu illər)”, “İran İslam Respublikasının Qafqaz siyasətində Dağlıq Qarabağ (2005-2020-ci illər)”, “Cənubi Azərbaycan ziyalıları və milli kimlik məsələsi”, “Cənubi Azərbaycan şairlərinin farsdilli yaradıcılığına Azərbaycan dilinin təsiri” mövzularında tədqiqat işləri yerinə yetirilib. “Bir kəmər-bir yol” layihəsi çərçivəsində Azərbaycan-Çin əməkdaşlığının inkişafında Prezident İlham Əliyevin rolu”, “XXI əsrdə Yaponiya-Vyetnam əlaqələri”, “XXI əsrdə Koreya siyasi partiyaları və Koreyanın birləşməsi problemi”, “İraq türkmanlarının tarixi təkamülü”, “Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan və Qazaxıstan Respublikalarının əməkdaşlığı” və s. mövzularda tədqiqatlar aparılıb.

“Şərq filologiyasının, Şərq ölkələri ilə Azərbaycanın filoloji əlaqələrinin tədqiqi” problemi ilə əlaqədar aparılan araşdırmalar sırasında “Azərbaycanca-farsca və farsca-Azərbaycanca tibb terminləri lüğəti”, “Təsəvvüfün Azərbaycanda və Azərbaycan ədəbiyyatında yeri”, “Nəiminin “Məhəbbətnamə” adlı farsca risaləsi: tərcümə və tədqiqi”, “Alman-Türk ədəbiyyatında Knak Spark cərəyanının yaranma tendensiyası və Firudin Zaimoğlunun rolu”, “İsmayıl Qaspıralı yaradıcılığı milli dəyərlər kontekstində”, “Türk tarixi romanlarında vətənpərvərlik ideyalarının tərənnümü”, “Türkiyədə mühacirətdə olan azərbaycanlı ədib Səlim Rəfiq Rəfioğlunun həyatı və yaradıcılığı”, “Ərəb Şərqində yaşanan gender problemlərinin bədii ədəbiyyatda inikası”, “Akademik Vasim Məmmədəliyevin tədqiqatlarında Bağdad və Əndəlüs qrammatika məktəbləri”, “Ərəbdilli mətbuatda İraq-türkman şair və ədiblərinin fəaliyyəti” kimi mövzuları xüsusi qeyd etmək olar.

İnstitutda Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri sahəsində də dəyərli işlər görülür. Bu sırada “Nəcməddin Razinin “Mirsadül-ibad” (“Abidlərin yolu”) əsəri orta əsr farsdilli ədəbiyyatının mənbəsi kimi”, “Şəmsəddin Sivasinin əsərlərinin filoloji-tekstoloji tədqiqi”, “Orta əsrlər türk xadimləri haqqında araşdırmalar Əbu Osman əl-Cahizin “Türklərin nailiyyətləri” əsərində, “Haşimi Üsküdarinin “Divanı”nın tədqiqi və transliterasiyası” və s. işlər 2025-ci ildə yekunlaşan tədqiqatlar sırasındadır.

“Yaxın və Orta Şərq ölkələrində din və ictimai fikir. İslam amilinin Azərbaycanın ictimai-siyasi inkişafına təsiri” problemi çərçivəsində institutda “Şuşa kitabələrindəki yazıların şərhi və linqvistik təhlili”, “Nəhdə, islam, dünyəvilik: Yaxın Şərqdən Cənubi Qafqazadək (XIX-XX əsrlərdə)”, “Səfəvilər dövrü dövlət-din münasibətləri”, “Fazil İrəvani və İslam hüququna dair əsərlərinin müqayisəli təhlili”, “İslam fəlsəfəsində Ədalət problemi” və s. mövzuda araşdırmalar yekunlaşıb.

“Şərq-Qərb sivilizasiyalararası münasibətləri və Azərbaycan” problemi ilə əlaqədar “Səmavi dinlərdə birgəyaşayış mədəniyyəti və təcrübəsi”, “İslam və Qərb. İslam mədəniyyətinin inkişafında anti-Qərb meylləri”, “ICESCO və UNESCO-nun fəaliyyət istiqamətlərinin ümumi və spesifik cəhətləri”, “Avropa qonşuluq siyasətində enerji faktoru: Azərbaycan nümunəsində”, “Müharibə və postmüharibə dövrlərində ingilisdilli Qərb mediasında Azərbaycanın mövqeyinin əks olunması”, “Şərqlə Qərbi birləşdirən “Tarixi İpək Yolu” və beynəlxalq nəqliyyat dəhlizi kimi Azərbaycanın mühüm rolu” kimi araşdırmaları diqqətə çatdırmaq olar.

İnstitutda aparılan hər bir tədqiqatın, nəşr olunan hər bir kitabın böyük elmi əhəmiyyəti var. Bununla belə onların sırasında institutun mühüm nəticələri kimi bir neçəsini xüsusi qeyd etmək olar. Bunlar Elnur Mustafayevin Azərbaycan dilində Bakıda və ərəb dilində Bağdadda nəşr olunmuş “İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)” kitabı, Şahin Yəhyayevin tərcüməçilərindən olduğu “Hacı Zeynalabdin Şirvani. Səyahət bağları (Riyaz əs-siyahət)” əsərinin 2-ci hissəsinin, 3-cü cildi, eləcə də hazırda çapda olan dəyərli əsərlərdən Səadət Şıxıyevanın “XIX əsr Qarabağ Divan ədəbiyyatı (ənənə və yenilik kontekstində)” və professor Məryəm Seyidbəylinin rəhbərliyi altında müəllif kollektivinin ərsəyə gətirdiyi “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII-XIV əsrlər)” kitablarıdır.

Ümumiyyətlə, il ərzində Şərqşünaslıq İnstitutunda 30 kitab çapdan çıxıb. Daha 15 kitab çapdadır. Çap olunan kitablar sırasında yuxarıda qeyd edilənlərdən savayı akademik Ziya Bünyadovun əsərlərinin 2 cildliyini (“Azərbaycan VII-IX əsrlərdə”, “Azərbaycan Atabəyləri dövləti”), akademik Gövhər Baxşəliyevanın “Nəğmələr kitabı” və Əbü-l-Fərəc əl-İsfahaninin klassik Azərbaycan ədəbiyyatı”, Roida Rzayevanın “Siyasәtin fәlsәfәsi. Analitik diskurslar: ideologiya, media, diplomatiya”, Səriyyə Gündoğdunun “XIX əsrdə yeni türk ədəbiyyatının yaranması və inkişafı”, Rəna Rzayevanın “Munisnamə” təsəvvüf ədəbiyyatının nümunəsi kimi”, Xuraman Əliyevanın “Aida İmanquliyeva Ərəb məhcər ədəbiyyatının tədqiqatçısı kimi”, Gülər Qafqazlının İstanbulda işıq üzü görən “Osmanlı-Safevi ilişkileri” (Osmanlı-Səfəvi münasibətləri), Məryəm Seyidbəyli, Elxan Quliyev və Röya Mirzəbəyovanın “Fəzlullah Nəimi və hürufilik hərəkatı”, Adil Mirabdullayevin “Azərbaycan-Qırğızıstan münasibətləri müasir beynəlxalq əlaqələr kontekstində”, Ülkər Səmədovanın “Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri”, Sevinc Nuriyevanın “Şumer ədəbiyyatı və Azərbaycan” monoqrafiyalarını, Günay Verdiyevanın “Professor Vilayət Cəfərov: ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi”, Zülfiyyə Vəliyeva Önlenin “Osmanlı sənədlərində Azərbaycan toponim və etnonimləri”, Rafiq Abbasovun Azərbaycan və çin dillərində “Azərbaycan-Çin: Prezident salnaməsi (2003-2025)” kitablarını, Elman Quliyevin “Türk xalqları ədəbiyyatı” dərsliyini və s. qeyd etmək olar. Bu il həmçinin Akademik Gövhər Baxşəliyevanın 70 illiyinə həsr olunmuş “Müasir şərqşünaslığın inkişaf yolları”, eləcə də “Mərkəzi Asiya Ölkələri: tarix, cəmiyyət və mədəniyyət” və “Şərq-Qərb kontekstində mədəniyyətlərin dialoqu” adlı məqalələr topluları, “Şərq araşdırmaları” elmi-nəzəri jurnalının növbəti sayı nəşr olunub.

2025-ci ildə institut əməkdaşlarının 400-dən artıq məqalə, məruzə və tezisi çap olunub ki, bunlardan da 50-si xaricdə, o cümlədən Türkiyə, Kanada, Qazaxıstan, Gürcüstan, İngiltərə, Vatikan, Rusiya Federasiyası, Fransa, İraq, Şimali Makedoniya, İran İslam Respublikası və s. ölkələrdə işıq üzü görüb.

Bu il institutun beynəlxalq əlaqələrinin inkişafında da xüsusi fəallıq hiss olunur. İnstitut əməkdaşlarının il ərzində iştirak etdiyi 275 beynəlxalq elmi konfransın 185-i xarici ölkələrdə, o cümlədən Türkiyə, Qazaxıstan, Böyük Britaniya, Almaniya, Şimali Kipr, Vatikan, Ukrayna, Avstriya, Polşa, Çexiya, Belarus, Kipr, Gürcüstan, Bosniya və Herseqovina, Fransa, Şimali Makedoniya, Tacikistan, Amerika, Latviya, Özbəkistan, İran İslam Respublikası, Qırğızıstan, Moldova, Hindistan, Rumıniya, Niderland, Kosovo, Albaniya, BƏƏ, Portuqaliya, Kuba, Rusiya Federasiyası və Filippində olub.

Gənc əməkdaşların bilik səviyyəsinin xarici ölkələrdə artırılması, təcrübə toplaması istiqamətində də əhəmiyyətli işlər görülməkdədir. İnstitutun 3 əməkdaşı Misir Ərəb Respublikasında, 1 əməkdaşı isə Səudiyyə Ərəbistanı Krallığında ərəb dilinin təkmilləşdirilməsi kurslarında uzunmüddətli təlimə cəlb ediliblər.

Beynəlxalq əlaqələrin inkişafında xarici ölkələrdən gəlmiş alimlərlə görüşlər, xaricdəki elm və təhsil müəssisələri, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi də xüsusi yer tutur. Bu sırada Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin sədrinin birinci müavini Damir Muxetdinovla, Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun direktoru filologiya elmləri doktoru, professor Duken Məsimxanulinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin (İRCİCA) sabiq baş direktoru, hazırda Tekirdağ Namiq Kamal Universitetinin rektor müşaviri Halit Eren və Beynəlxalq Tərcümə və Beynəlxalq Anlaşma üzrə Şeyx Həməd Mükafatı Fondunun icraçı direktoru Ləbib Nahhasla, Əlcəzairin Konstantin Universitetinin Qərb Ölkələri Araşdırmalar Mərkəzinin müdiri tarix elmləri doktoru Hüseyn Bubidi, həmin universitetin müəllimləri, tarix elmləri doktorları Həmzə Qadiri və Murad Bileydi ilə, Türkiyənin Qafqaz Universitetinin Harakani Tədqiqat Mərkəzinin müdiri, doktor, dosent Alparslan Kartalla görüşləri qeyd etmək olar.

İnstitutda 2025-ci ildə təşkil edilən elmi tədbirlər sırasında “Müasir cəmiyyətdə və elmdə qadının rolu”, “Milli mübarizəmizin məntiqi nəticəsi - Konstitusiya və Suverenlik”, “Azərbaycan elminin bayraqdarı” mövzularında elmi konfransları, “Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş Komandan İlham Əliyevədək: Konstitusiya və Suverenlik”, “Cavad Heyət - Cənubi azərbaycanlıların mədəni-mənəvi varlığının təcəssümü kimi”, "Bəxtiyar Vahabzadə və Türk dünyası", “Çoxəsrlik tariximizin şanlı Zəfər Günü” kimi mövzularda elmi sessiyaları, Seyid Əzim Şirvaninin 190, Fətəli xan Xoyskinin 150, Üzeyir Hacıbəylinin 140, Yusif Məmmədəliyevin 120 illik yubileylərinə həsr olunmuş elmi seminarları, “Professor Vilayət Cəfərov. Ömür yolu, elmi irsi, yaddaşlarda qalan izi”, eləcə də professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş “Yüz il yaşamış əlliyaşlı alim (Biblioqrafiya, xatirə və sənədlər)” kitablarının təqdimatını qeyd etmək olar.

Bütün bunlar Şərqşünaslıq İnstitutunun 2025-ci ildə də səmərəli fəaliyyət göstərməsinin əyani göstəriciləridir və gələcək fəaliyyətin də perspektivlərini görməyə əsas verir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır