Şərqşünaslıq İnstitutunda “Müasir Türkiyənin neft problemi” kitabı çapdan çıxıb
Bakı, 8 aprel, AZƏRTAC
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədovun “Müasir Türkiyənin neft problemi” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiyada müasir Türkiyənin neft problemi araşdırılır, neft Türkiyə üçün tərəqqi amili kimi nəzərdən keçirilir. Ölkənin neft probleminin mahiyyəti, hökumətlərin neft siyasəti və neft qanunvericiliyi, həyata keçirilmiş neft axtarışları, Türkiyənin neft təsərrüfatı, sənayenin xam neftlə təminatı problemi, neft sənayesinin yaradılması və müasir vəziyyəti, Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlığı kontekstində qardaş ölkənin neft probleminin həlli perspektivləri ilk dəfə olaraq kompleks şəkildə tədqiq edilib.
Üç fəsildən ibarət monoqrafiya Türkiyə və Azərbaycan tarixi və iqtisadiyyatı üzrə mütəxəssislər, universitet tələbələri, o cümlədən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]