Sərxan Məmmədov: Qızıl medal hədəfimə çatacağam
Yekaterinburq, 22 avqust, Səlim Rəhimzadə, AZƏRTAC
İdmançılarımız birincilik üçün canla-başla məşq edir, çalışırlar. Ümid edirəm ki, digər idman növlərində də qızıl medallar qazanılacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında gümüş medal qazanan yunan-Roma güləşçimiz Sərxan Məmmədov deyib.
İdmançı qeyd edib ki, gələcək yarışlarda qızıl medal almaq əsas hədəfidir: "Birinci yeri tutmağıma az qalmışdı. Əfsuslar olsun ki, rəqib daha güclü nəticə göstərdi və gümüş medalla kifayətlənməli oldum. Növbəti yarışlarda bayrağımızı daha yüksəklərə qaldırmaq üçün var gücümlə çalışacağam".
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]