Serxio Ramos Meksika klubunun heyətində ardıcıl 3-cü oyunda qol vurub
Bakı, 13 mart, AZƏRTAC
İspaniya millisinin futbolçusu Serxio Ramos Meksikanın "Monterrey" klubunun heyətində növbəti qolunu vurub.
AZƏRTAC xəbər verir ki, 39 yaşlı müdafiəçi ötən gecə KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsində doğma meydanda Kanada təmsilçisi “Vankuver”lə keçirilmiş cavab matçında fərqlənib. O, penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla da təcrübəli oyunçu komandasının ardıcıl üç görüşündə rəqib qapılarına yol tapmağı bacarıb.
Qeyd edək ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb. Səfərdəki ilk oyunda 1:1 hesabı qeydə alındığından, Meksika klubu səfər qolu qaydasına əsasən, turnirdə mübarizəni dayandırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:43]
Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [12:56]