Səudiyyə Ərəbistanı kapital bazarını bütün xarici investorlara açır
Bakı, 7 yanvar, AZƏRTAC
Səudiyyə Ərəbistanı kapital bazarını bütün kateqoriyalı xarici investorlara açmaq qərarına gəlib.
AZƏRTAC xəbər verir ki, bu addım ölkəyə kapital axınını artırmaq məqsədi daşıyır.
Ölkənin kapital bazarına nəzarət edən qurumu (CMA) qeyri-rezident xarici investorların ölkənin əsas maliyyə bazarına birbaşa investisiya qoymasına imkan verən tənzimləyici çərçivə layihəsini təsdiqləyib. Bu, Səudiyyə Ərəbistanının maliyyə bazarını bütün kateqoriyalar üzrə dünyanın müxtəlif investor qrupları üçün əlçatan edəcək. Məqsəd investisiya qoymaq üçün hüququ olan investor bazasını genişləndirmək və şaxələndirmək, bununla da investisiya axınlarını dəstəkləmək və likvidliyi artırmaqdır. Qərar fevralın 1-dən qüvvədə olacaq.
Qeyd edək ki, daha əvvəl Səudiyyə Ərəbistanı maliyyə bazarına xarici investorlar üçün məhdudiyyətlər tətbiq edirdi. Bu məhdudiyyətlərdən biri də xarici investorların ən azı 500 milyon dollarlıq aktivləri idarə etməsini tələb edirdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]