Səudiyyə Ərəbistanından olan hakimlər Yüksək Liqanın oyununa təyinat alıblar
Bakı, 21 fevral, AZƏRTAC
AFFA-nın inzibati binasında FIFA tərəfindən futzal hakimləri və hakim inspektorları üçün seminar keçirilir.
AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, fevralın 22-dək davam edəcək seminar FIFA təlimatçısı Perri Qautier tərəfindən aparılır.
Seminarda Səudiyyə Ərəbistanı Futbol Federasiyası tərəfindən göndərilmiş rəsmi müraciət məktubuna əsasən, iki futzal hakimi və bir hakim-inspektor da iştirak edir.
Mübadilə proqramı əsasında Səudiyyə Ərəbistanından gələn hakimlər və hakim-inspektor Yüksək Liqanın XIV turunun “Alyans” - U-19 oyununa təyinat alıblar.