Siciliya adasında meşə yanğınları iki nəfərin ölümünə səbəb olub
Roma, 24 sentyabr, AZƏRTAC
İtaliyanın cənubundakı Siciliya adasında bir neçə gündür davam edən meşə yanğınları iki nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, hazırda adanın şimalında mülki müdafiə qüvvələri, yanğınsöndürən təyyarələr və könüllülərin də yardımı ilə yanğınlara müdaxilə davam edir.
Yanğın bəzi yerlərdə yaşayış məntəqələrinə yaxınlaşdığı üçün yüzlərlə insan təxliyə olunub. Kefalu bölgəsində bir oteldən 700-dək insan təxliyə edilib. Təhlükə aradan qalxdıqdan sonra turistlərin otelə geri qayıtdığı bildirilib.
Təhlükəsizlik qüvvələri yanğınların başvermə səbəbini araşdırır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]