Şimali Makedoniyada prezident və parlament seçkilərinin tarixi müəyyənləşib
Skopye, 5 dekabr, AZƏRTAC
Şimali Makedoniyada gələn il aprelin sonu və mayın əvvəlində prezident və parlament seçkiləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkə parlamentində təmsil olunan bütün siyasi partiyalarının liderləri arasında keçirilən görüşdə növbəti seçkilərin tarixləri razılaşdırılıb. Belə ki, prezident seçkilərinin birinci turu aprelin 24-də, iki həftə sonra - mayın 8-də isə prezident seçkilərinin ikinci turu ilə paralel olaraq parlament seçkiləri keçiriləcək.
“On yeddi il sonra ölkədə parlament seçkiləri ilk dəfə olaraq adi müddətdə keçiriləcək. Bu, hazırkı hökumətin sabitlik, proqnozlaşdırılabilənlik və müəyyənlik yaratdığını göstərir”, - deyə Baş nazir Dimitar Kovacevski deyib.
Qeyd edək ki, 2006-cı ildən bu vaxtadək Şimali Makedoniyada növbədənkənar ümumi seçkilər keçirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO
- 10.06.2026 [18:15]