SİNOPTİKLƏR İLK QARIN NOYABRDA YAĞACAĞINI EHTİMAL EDİRLƏR
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin milli hidrometeorologiya departamentindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Bakıda və Abşeron yarımadasında orta aylıq temperatur +10-11 dərəcə (gecə +7-9, ayrı-ayrı günlər +3-5 dərəcə, gündüz +13-15 dərəcə, bəzi günlər +18-20 dərəcə), yağıntının səviyyəsi normaya yaxın (28-38 mm) olacaqdır.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperatur +6-7 dərəcə (gecə -3-+2; gündüz +12-14, bəzi günlər +20-22 dərəcə), yağıntının səviyyəsi normadan artıq (19-28 mm) olacaqdır. Bəzi günlər qar yağacaqdır.
Yuxarı Qarabağda, İstisu-Laçın, Daşkəsən-Gədəbəydə orta aylıq temperatur +2-3 dərəcə təşkil edəcək (gecə -3-+12; gündüz +7-9 dərəcə, bəzi günlər +20-22 dərəcə), yağıntının səviyyəsi normadan artıq (27-34 mm) olacaqdır. Qar yağacağı, səhər çağları duman olacağı gözlənilir.
Qazax-Gəncə, Ağdam-Füzulidə orta aylıq temperatur +6-8 dərəcə (gecə +1-6, gündüz +12-14), yağıntının səviyyəsi normadan artıq (15-24 mm) olacaqdır.
Balakən-Şəki-Qəbələ, Şamaxı-İsmayıllı, Quba-Qusar-Xaçmaz bölgəsində orta aylıq temperaturun +5-6 dərəcə (gecə -0-+5, gündüz+8-13), yağıntının səviyyəsinin normadan artıq (29-73 mm) olacağı gözlənilir. Ayrı-ayrı günlərdə qar yağacaqdır.
Mərkəzi aran rayonlarında orta aylıq temperatur +8-10 dərəcə (gecə +3-7, gündüz +15-17, bəzi günlər +20 dərəcə), yağıntının səviyyəsi normadan artıq (25-45 mm), səhərlər duman olacaqdır.
Masallı-Lənkəran-Astara bölgəsində orta aylıq temperatur +8-10 dərəcə həddində (gecə +5-7, gündüz +13-15, bəzi günlər +20-22, yağıntının səviyyəsi normadan artıq (77-170 mm) olacaqdır.