ŞİRKƏT XARİCDƏ KADR HAZIRLIĞINA BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin neft sənayesinin yüksək hazırlıqlı mütəxəssislərlə təmin olunmasına xidmət edən Təqaüd proqramı həyata keçirir. Proqramın mahiyyəti ARDNŞ-in maliyyəsi hesabına neft sənayesinin tələbatına uyğun ixtisaslar üzrə beynəlxalq səviyyəli, ən müasir tələblərə cavab verən, yeni iqtisadi prosesləri, beynəlxalq hüququ yüksək səviyyədə bilən, son model texnologiyalarla işləmək bacarığına malik mütəxəssislər hazırlanmasından ibarətdir. Proqramın Əsasnaməsinə görə, müsabiqədə uğur qazanmış namizədlərin göndəriləcəyi universitetlərin siyahısı hər il oktyabrın 15-dək ARDNŞ-in kadr hazırlığı üzrə komissiyası tərəfindən müəyyənləşdirilir. Hazırda müsabiqənin qalibi olmuş 3 tələbənin dünyanın qabaqcıl universitetlərinə göndərilməsi üçün iş aparılır. Şirkət tələbələrin nəqliyyat, yaşamaq xərclərini ödəyəcək, onlara aylıq təqaüd verəcək, tibbi sığortanı təmin edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]