Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb
Şirvan, 29 iyul, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir qadının çantasından 327 manat pul və bank kartını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini, bir ay əvvəl törətdiyi oğurluq faktına görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Şahid Əliyev olduğu müəyyən edilib. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:32]
Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib VİDEO
- 29.09.2026 [11:08]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək
- 29.09.2026 [10:22]