Şirvanda “Zəka, sənət, hərəkət - asudə vaxtın rəngləri” mövzusunda ustad dərsi keçirilib
Şirvan, 2 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Tarix-Diyarşünaslıq Muzeyində “Zəka, sənət, hərəkət – asudə vaxtın rəngləri” mövzusunda ustad dərsi keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, 10–15 yaş aralığında uşaqların iştirak etdiyi tədbirdə ustad dərsi çərçivəsində rəssam Aynur Məmmədzadə iştirakçılara düyünlü batika texnikası üzrə təlim keçib. Təlim zamanı uşaqlar batika texnikasından istifadə edərək müxtəlif əl işləri hazırlayıblar.