Sloveniyada Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalının açılış mərasimi olub
Bakı, 24 iyul, AZƏRTAC
Sloveniyanın Maribor şəhərində Avropa Yeniyetmələrinin XVII Yay Olimpiya Festivalının açılış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində idmançıların paradı da olub. Azərbaycan millisi paraddan keçib. Bayrağımızı Mədinə Babayeva və Ramazan Əhmədov daşıyıblar.
Azərbaycan idmançıları festivalda atletika, tennis, üzgüçülük, velosiped (MTB), cüdo, gimnastika idman növlərində təmsil olunurlar.
Festivalda 48 ölkədən idmanın 11 növündə 3600-a yaxın 14-18 yaşlı yeniyetmə idmançı iştirak edir. Yarışın bağlanış mərasimi iyulun 29-na təsadüf edəcək.