Somali ordusu “əş-Şəbab”ın nəzarətindəki bütün əraziləri geri almağa hazırlaşır
Qahirə, 8 iyun, AZƏRTAC
Somali ordusu "əl-Qaidə" terror təşkilatı ilə əlaqəli olan "əş-Şəbab" hərəkatının nəzarətində qalan əraziləri geri almaq üçün hazırlıqlarını davam etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Somalinin müdafiə naziri Əhməd Muallim Fəqi mətbuat konfransında bildirib.
Qeyd olunub ki, “əş-Şəbab” hərəkatı milli ordu və xalq müqaviməti tərəfindən aparılan intensiv hərbi əməliyyatlardan sonra çaşqınlıq və ümidsizlik içindədir.
Ölkənin cənubunda yerləşən Hiran bölgəsində son hərbi əməliyyatlar zamanı mühüm uğurlar əldə olunub. Bu əməliyyatlar nəticəsində hərəkatın mühüm üzvləri və liderləri məhv edilib.
Somali qüvvələri on ildən artıqdır çox sayda mülki şəxsin və təhlükəsizlik qüvvələri əməkdaşının həyatına son qoymuş hücumlara görə məsuliyyət daşıyan “əş-Şəbab” qruplaşması ilə mübarizə aparır. Son aylar ərzində ordu qruplaşmanın nəzarətində olan bir sıra əraziləri geri almağa müvəffəq olub.
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]