Somalinin paytaxtında diplomatik məhəllə minomyot atəşinə tutulub
Bakı, 9 mart, AZƏRTAC
Somalinin paytaxtı Moqadişoda bir sıra Qərb ölkələrinin səfirlikləri və beynəlxalq təşkilatların nümayəndəlikləri yerləşən məhəllə martın 9-da minomyot atəşinə tutulub.
AZƏRTAC Somali Guardian informasiya portalına istinadla xəbər verir ki, zərbə möhkəmləndirilmiş düşərgə kimi tanınan Xalan məhəlləsinə endirilib. Düşərgə ərazisində azı üç mina partlayıb. Yaralananların olduğu bildirilsə də, hələlik onların sayı dəqiqləşməyib.
Aralarında ABŞ səfirliyinin də olduğu Xalan düşərgəsi şəhərin cənub hissəsində beynəlxalq aeroportun yaxınlığında yerləşir. Hücum Somalinin federal və regional hakimiyyət orqanları nümayəndələrinin aeroport otellərindən birində parlament və prezident seçkilərinə hazırlıq üzrə görüşünün başlanmasına bir neçə saat qalmış həyata keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]