Son iki gündə 116 cinayətin açılması təmin edilib
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 21-də və 22-də ölkə ərazisində qeydə alınan 116 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 78, o cümlədən borclu şəxs qismində axtarışda olan 12, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 12 və dələduzluğa görə axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqədar 49 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 33,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 28,5 kiloqramdan artıq marixuana, 2 kiloqramdan çox tiryək, 1,7 kiloqramdan artıq metamfetamin və 1,4 kiloqrama yaxın heroin olub.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 53 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 2 qumbara, 1 alışdırıcı, 67 tüfəng, 18 patron darağı və 3867 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 107 nəfər də saxlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [20:56]
Klassik və sürət avtomobillərinin festivalı başa çatıb VİDEO
- 07.06.2026 [17:28]
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Yasamal parkında sərgi açılıb
- 07.06.2026 [16:05]
Bu gün Abşeron yarımadasının bəzi ərazilərinə dolu düşəcəyi gözlənilir
- 07.06.2026 [12:29]
Sabah Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək
- 07.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 07.06.2026 [11:54]
Bəzi ərazilərə intensiv yağış, Şahdağa qar yağıb – FAKTİKİ HAVA
- 07.06.2026 [11:41]
Bakıda “Multidisiplinar Radiologiya Forumu” keçirilib
- 07.06.2026 [11:14]
Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin III Forumu keçirilib
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]