Sosial könüllülər Kəngərli və Babək rayonlarında yaşayan tənha ahılları ziyarət ediblər
Naxçıvan, 1 aprel, AZƏRTAC
Muxtar respublikanın sosial könüllüləri Kəngərli rayonunun Böyükdüz və Babək rayonunun Nehrəm kəndlərində yaşayan ahılları ziyarət edib, onların evlərində mövsümi xəstəliklərə qarşı qabaqlayıcı təmizlik və dezinfeksiya işləri aparıblar.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Badamlı” mineral sular zavodunun nümayəndələri də könüllülərlə birgə ahılları ziyarət edib, onlara sovqat aparıblar. Həmçinin ziyarətçilər gətirdikləri tibbi-profilaktik ləvazimatları da ahıllara təqdim ediblər.
Ahıllar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə və könüllülərə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, bu cür tədbirlər muxtar respublikanın digər rayonlarında da keçirilir.