Sosial sorğu: Marin Lö Penin Fransa prezidenti seçilmək şansı yüksəkdir
Paris, 12 mart, AZƏRTAC
“BFM” televiziya kanalının sifarişi ilə “Elabe” sosial sorğu institutunun reallaşdırdığı “Birbaşa rəy” (L’Opinion en direct) adlı sosial sorğunun nəticələrinə əsasən, Fransada “Milli Birlik” siyasi partiyasının lideri Marin Lö Penin 2022-ci ildə Fransa prezidenti seçilmək şansı yüksəkdir.
AZƏRTAC xəbər verir ki, sosial sorğunun nəticələrinə görə hər iki fransızdan biri 2022-ci il seçkilərində Marin Lö Penin qələbə çalacağını hesab edir. Seçicilərin 36 faizi isə ona səs verəcəklərini əminliklə bildiriblər. 65 yaşdan yuxarı respondentlərin 25 faizi Marin Lö Penə səs verəcəklərini qeyd ediblər.
Cari ilin iyun ayında keçiriləcək regional seçkilərlə bağlı respondentlərin 32 faizi “Milli Birlik” partiyasına səs verəcəklərini deyiblər. 47 faiz respondent bildirib ki, Marin Lö Penin partiyasına səs vermək qeyri-mümkündür.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]