S.Pozdnyakov: Rusiya yığması Avropa Oyunlarında komanda birinciliyinin qalibi olmalıdır
Bakı, 10 iyun, AZƏRTAC
Rusiyalı idmançılar Minskdə keçiriləcək Avropa Oyunlarında ümumkomanda hesabında birinci yeri tutmalıdırlar. Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov bu fikri Peterburq Beynəlxalq İqtisadi Forumunda TASS agentliyinə müsahibəsində söyləyib.
O deyib: “Bakıda ümumkomanda hesabında birinci yeri tutduğumuzu nəzərə alaraq, əlbəttə, bu dəfə aşağı nəticə qazanmağa yol verə bilmərik. Biz komanda hesabında qələbə uğrunda mübarizə aparacağıq. Düşünürəm ki, bizim idmançılar təqribən 70 medal qazana biləcəklər, bu medalların azı 30-u qızıl medal olacaq. Bakıda və Minskdə mükafatların sayını dəqiqləşdirə bilmərəm, çünki proqramlar fərqlidir. Minskdə təşkilatçılar idman növlərinin sayını azaldıblar. Ona görə də Bakıda qazandığımız rekordlara bu dəfə də nail olmaq fiziki cəhətdən qeyri-mümkündür. Bununla belə, bizim yaxşı komandamız var. 225 idmançıdan 58-i əməkdar idman ustasıdır”.
AZƏRTAC xəbər verir ki, Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək.
Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]
Azərbaycan futzal millisinin oyunu ilk dəfə Lənkəranda keçiriləcək
- 15.10.2026 [12:37]