“Sputnik V” peyvəndinin Avropada ilk kütləvi istehsal müəssisəsi İtaliyada qurulacaq
Roma, 9 mart, AZƏRTAC
Rusiyanın “Sputnik V” peyvəndinin Avropada ilk kütləvi istehsal müəssisəsi İtaliyada qurulacaq.
AZƏRTAC xəbər verir ki, peyvəndin marketinqini həyata keçirən Rusiya Birbaşa İnvestisiyalar Fondu və İsveçrədə qeydiyyatda olan “Adienne” əczaçılıq şirkəti arasında bu barədə razılaşma imzalanıb. İtaliya-Rusiya Ticarət Palatasının yaydığı məlumata görə, bu razılaşma ilə də Avropada “Sputnik V” istehsalı üçün ilk müəssisənin təməli qoyulub və istehsalata iyun ayında start veriləcək. Palatanın prezidenti Vinçenzo Trani bu razılaşmanı tarixi sənəd adlandırıb və İtaliya şirkətlərinin siyasi gərginliklərin fövqündə durmağı bacardıqlarını yüksək qiymətləndirib.
Məlumatda, həmçinin qeyd edilir ki, bu ilin sonunadək İtaliyada “Sputnik V” peyvəndinin 10 milyon dozası istehsal olunmalıdır. Avropa İttifaqı səviyyəsində bu peyvənd üçün hələlik birbaşa icazə prosesi davam etsə də, artıq Macarıstanda milli icazə əsasında peyvənddən istifadə edilir, Çexiya tərəfi də danışıqlar mərhələsindədir.
İtaliya ilə yanaşı Avstriyanın da “Sputnik V” peyvəndinin alınması və ölkədə istehsalı ilə bağlı danışıqlar apardığı mətbuatda əksini tapıb.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]