Azərbaycan Dövlət İnformasiya Agentliyi

Startap rəhbəri: Bizim həllimiz COP29–un hədəfləri ilə üst-üstə düşür - MÜSAHİBƏ

Startap rəhbəri: Bizim həllimiz COP29–un hədəfləri ilə üst-üstə düşür - MÜSAHİBƏ

Bakı, 17 fevral, AZƏRTAC

Ətraf mühitin qorunması fərdi məsuliyyət kimi hamımızın diqqət mərkəzində olan anlayışlardan biridir. Lakin ətraf mühiti qorumaq istəyiriksə bəzən sahib olduğumuz bəzi şeylərdən imtina etməliyik. Məsələn, imtina etdiyimiz ən böyük nümunələrdən biri daxili yanma mühərrikli avtomobillərdir. Lakin daxili yanma mühərrikli avtomobillər qədər böyük olmayan, avtomobillərdən isə qatbaqat çox olan başqa nümunələr də mövcuddur. Söhbət “Recepta” startapının da əsas mahiyyətini formalaşdıran qəbzlərdən, yəni “çeklərdən” gedir. Kassa çeklərinin rəqəmsallaşmasına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) “Recepta” MMC-yə sahibkarlara vergi güzəştləri verən “Startap” şəhadətnaməsi verib. MMC-nin rəhbəri Fuad Heydərli şirkətin fəaliyyəti barədə AZƏRTAC-a müsahibə verib.

-Fuad bəy, əvvəlcə rəhbərlik etdiyiniz şirkətin fəaliyyət istiqaməti ilə bağlı məlumat verərdiniz. Startapın məqsədi nədən ibarətdir?

-“Recepta” hər bir alışda bütün kart əməliyyatları üçün rəqəmsal qəbzlərin yaradılması və yığılmasını avtomatlaşdıran, kağız qəbzlərə ehtiyacı aradan qaldıran rəqəmsal qəbz idarəetmə tətbiqidir. “Recepta”nın əsas məqsədi kağız qəbzlərin istifadəsini aradan qaldırmaq və kağız israfına son qoymaqdır. Bunun üçün də patentini əldə etdiyimiz bu üsulla, müştəridən heç bir məlumat və yaxud əməliyyat tələb etmədən, heç bir yerdə tətbiq olunmayan bir üsulla müştərilərə qəbzlərini təqdim edirik. Həmçinin digər əsas məqsədimiz insanları qəbzlərə bir toxunuş qədər yaxın etməkdir.

-Bəs bu sahəyə gəlişiniz necə baş verdi? Belə bir təşəbbüsə sizi ilhamlandıran nə oldu?

-Bildiyiniz kimi, layihənin əsas təsisçiləri ABŞ və Kanadada yaşayır və orada qəbzlər çox uzun ölçüdə olur. Bu qəbzlər onların diqqətini cəlb etdikdən sonra, qəbzlərə sərf olunan kağız israfını azaltmaq və ətraf mühitin qorunması üçün bu layihənin hazırlanmasına qərar veriblər. Məlum olduğu kimi, kağız qəbzlər termal kağızlardan hazırlandığı üçün yenidən emalı mümkün deyil. Araşdırmalarımız nəticəsində kağız qəbzləri əvəz edəcək bir platforma yaratmağa qərar verdik. Bunun üçün bütün qəbzləri bir arada saxlayan və müştərilərə xərcləri haqqında analitika təqdim edən “Recepta” platformasını yaratdıq.

-Hazırladığınız startap nə qədər investisiya alıb və bu məbləğlə hansı işlər görülüb?

-Startapımız 1 milyon manatdan çox investisiya əldə edib. Başladığımız müddətdən bu günə qədər bir çox beynəlxalq və yerli mükafatlara layiq görülüb. Azərbaycanda keçirilən “Teknofest Azərbaycan”ın 2022-ci ildə qalibi olub. “Visa İnnovation” proqramına qəbul olan ilk azərbaycanlı startapdır. Ölkəmizdə Dövlət Vergi Xidməti ilə birlikdə kağız qəbzləri alternativ olaraq rəqəmsal qəbzlərlə təqdim etmək üçün əməkdaşlıq edirik. ABŞ, Kanada və Meksikada bu həll yolundan istifadə üçün “İngenico”, “Clover” və “Pax” şirkəti ilə də əməkdaşlıq əlaqələri qurulub. Startapın əsas məqsədi investisiya ilə müxtəlif ölkələrə genişlənmək və Azərbaycanda mobil tətbiq ilə rəqəmsal qəbz almağı asanlaşdırmaq olacaq. Layihəmizin ilk investoru və dəstəkçisi atam - Eldar Heydərov olub və sonrakı mərhələdə ilk olaraq “Pasha Holding”dən investisiya əldə etmişik. Hal-hazırda şirkətin müxtəlif ölkələrdəki fəaliyyətini artırmaq üçün daha böyük investisiya fondu açmağa hazırlaşırıq.

-Bildiyiniz kimi, bu il Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 keçiriləcək. Bu addımın COP29-un hansı hədəfinə xidmət etdiyini düşünürsünüz?

-Bu layihənin Azərbaycanda keçirilməsi çox böyük uğurdur. Biz bu həllimiz vasitəsilə ağacların kəsilməsi və iqlim dəyişikliyinə səbəb olan digər amillərin minimum həddə endirilməsinə köməklik göstəririk. Belə ki, kağız qəbzlərin hazırlanması üçün dünyada illik 180 milyon ağac məhv edilir. Bu, yalnız ağac israfı ilə bitmir, həm də CO2 - karbon emissiyası, milyonlarla ton neft və su məhsulları israfı deməkdir. Nəzərə alsaq ki, kağız qəbzlər termal kağızlardan hazırlandığı üçün yenidən emal olunmur, bu cəhətdən bizim həllimiz COP29-un hədəfləri ilə üst-üstə düşür. İnanırıq ki, COP29 və bizim layihəmiz bu sahədə ölkəmizə faydalı olacaq. Həmçinin bildirmək istəyirəm ki, layihəmizin Müşahidə Şurasının üzvlərindən olan Samir Süleymanov ötən il Dubay şəhərində keçirilən COP28-də rəhbər vəzifəsində çalışıb və “Recepta”da strategiya və ətraf mühitlə bağlı zəngin təcrübələrini bölüşür.

-Ətraf mühitin qorunması üçün sizcə başqa nə kimi addımlar atılmalıdır?

-Düşünürük ki, insanların fəaliyyətini daha çox yaşıl enerji ilə çalışan mexanizmlərə istiqamətləndirmək lazımdır. Bura elektrik maşınları, insanların daha çox günəş enerjisi ilə işləyən panellərdən istifadəsi və rəqəmsal platformadan istifadələr daxildir. Biz isə öz növbəmizdə kağız qəbzlərə sərf olunan ağac qədər ağac əkməyi düşünürük. Bu istiqamətdə İDEA ictimai birliyi ilə əməkdaşlıq etmək üçün danışıqlar aparırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilir YENİLƏNİB VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Levan Nikoleişvili: Ermənistanla Azərbaycan arasında müharibənin başa çatması çox mühüm hadisədir VİDEO

Badri Naçkebiya: Azərbaycanın tarixi qələbəsi region üçün müstəsna əhəmiyyət kəsb edən böyük zəfərdir

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Xankəndidə Zəfər parkına yürüş olub VİDEO

Anım Günü: Gənclərin milli yaddaş və dövlətçilik qarşısında məsuliyyəti

Füzulidə Anım Gününə həsr olunan sərgi açılıb

Şəhidlərin xatirəsi Brüsseldə anılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin rəhbərləri Zəfər parkını ziyarət ediblər

Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb

Kürşad Zorlu: Şəhidlərimizin qəhrəmanlığı millətimizin yaddaşında daim yaşayacaq

Füzulidə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

Sumqayıt teatrında Anım Günü ilə əlaqədar “Ölməz” tamaşası təqdim edilib

Vahid uşaqlıqdan ətrafına sevinc və enerji bəxş edirdi – şəhid anası

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

Şəhidlərin əziz xatirəsi Ağdamda ehtiramla anılıb VİDEO

“AzərEnerji" və "Azərişıq" ASC-lərin kollektivi şəhidlərin xatirəsini anıb