Stend atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Bakı, 30 may, AZƏRTAC
Stend atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində keçirilən yarışda kişilər dairəvi və səngər stendində, qadınlar dairəvi stenddə qüvvələrini sınayıblar. Otuz idmançının qatıldığı turnirdə “Qəbələ” idman klubunun üzvləri uğurla çıxış ediblər.
Hər üç yarışda qızıl mükafatı klubun atıcıları qazanıblar. Kişilər arasında dairəvi stenddə Emin Cəfərov, səngər stendində Elvin İsmayılov, qadınların mübarizəsində Nurlana Cəfərova çempion adına yiyələniblər.
“Qəbələ” atıcılıq klubunun vitse-prezidenti Elvin İsmayılov bu mükafatı səngər stendində imza atdığı yeni respublika rekordu ilə qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]
Avropa Kuboku: “Neftçi” Latviya klubuna qarşı
- 14.10.2026 [10:31]
Azərbaycan avrokuboklarda yeni rekorda imza atıb
- 14.10.2026 [10:22]
“Sabah” FIBA Çempionlar Liqasında “Trabzonspor”la qarşılaşacaq
- 14.10.2026 [10:13]