Stolüstü tennis üzrə zona yarışlarının final mərhələsi keçirilir
Bakı, 15 iyul, AZƏRTAC
Xaçmazda Gənclər və İdman Nazirliyinin və Stolüstü Tennis Federasiyasının birgə təşkil etdiyi yeniyetmələrin stolüstü tennis üzrə ölkə birinciliyinin zona yarışlarının final mərhələsi keçirilir.
Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildirilib ki, oğlanların və qızların mübarizə apardığı final mərhələsində, ümumilikdə 22 komanda iştirak edir.
Qeyd edək ki, yarışlara iyulun 17-də yekun vurulacaq.