STRASBURQDA ETİRAZ MİTİNQİ KEÇİRİLMİŞDİR
Əllərində “BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsini tələb edirik” və “Ermənistan Azərbaycan ərazilərinin işğalına son qoymalıdır” plakatları tutmuş aksiya iştirakçıları “Qarabağ”, “Qarabağ bizimdir” şüarlarını səsləndirmişlər. AŞPA-nın deputatlarına fransız və ingilis dillərində vərəqələr paylanmışdır. Həmin vərəqələrdə Avropa Şurasının üzvü olan Azərbaycanın ərazilərinin 20 faizinin qurumun digər üzvü Ermənistan tərəfindən işğal edildiyi, 1 milyondan artıq qaçqın və məcburi köçkünün ağır şəraitdə yaşadığı, Xocalı faciəsi, azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilmiş digər soyqırımlar barədə ətraflı məlumat verilmişdir.
Vərəqələrdə, həmçinin insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Avropa Şurasından hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlının taleyinə seyrçi mövqedən əl çəkərək bütün səy və imkanlarından istifadə etməklə Ermənistana ciddi təsir göstərmək tələb olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]