STRASBURQDA OĞURLUQ EDİB ÖZLƏRİNİ AZƏRBAYCANLI KİMİ QƏLƏMƏ VERƏN ERMƏNİLƏR İFŞA OLUNMUŞLAR
Oktyabrın 2-də Strasburqun cinayət işləri üzrə məhkəməsində şəhər mağazalarının birindən oğurluq etmiş ər və arvad Bağdasaryanların işinə baxılmışdır. Polis tərəfindən tutularkən, ər və arvad özlərini azərbaycanlı kimi qələmə verdiklərindən, məhkəmə cinayət işinə baxarkən prosesə azərbaycanlı tərcüməçini dəvət etməyə məcbur olmuşdur. İlkin dindirmə zamanı ər və arvadın nəinki Azərbaycan dilini bilmədikləri, hətta ölkəmizin vətəndaşı olmadıqları aydınlaşmışdır.
Məhkəmə başqa xalqa mənsub olmalarını bildirməklə, yalan ifadə vermiş ermənilər barədə daha bir cinayət işi qaldırmışdır.
İki gün öncə isə oğurluq üstündə daha üç nəfər erməni həbs edilmişdir. Onlar da polisi aldatmağa səy göstərmiş, özlərini gürcülər kimi qələmə vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [20:10]
Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib
- 16.10.2026 [16:57]