RƏSMİ XRONİKA
SUDAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB ÖMƏR HƏSƏN ƏHMƏD ƏL-BƏŞİRƏ
Hörmətli cənab Prezident,
Milli bayramınız – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Sudan arasında münasibətlər dostluq və əməkdaşlıq istiqamətində öz inkişafını davam etdirəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 25 dekabr 2007-ci il.