Sumqayıt Dövlət Universitetinin tələbəsi: Tələbələrin təqaüdlərinin artırılması bizə göstərilən dövlət qayğısının bariz nümunəsidir
Sumqayıt, 1 mart, Ətrabə Rzayeva, AZƏRTAC
Son illər ölkədə təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahənin təkmilləşdirilməsi istiqamətində ciddi islahatlar aparılır, ali məktəblərin kadr potensialı və maddi-texniki bazası gücləndirilir, ali təhsilin əlçatanlığı istiqamətində mühüm addımlar atılır.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Sumqayıt Dövlət Universitetinin Kimya və biologiya fakültəsinin 3-cü kurs tələbəsi Gülüzə Xudayarova deyib.
Azərbaycan Respublikası Prezidentinin doktorantların, ali və orta təhsil müəssisələrində təhsil alan bakalavr və magistr tələbələrinin təqaüdünün artırılması barədə sərəncamlarının hər bir tələbə kimi onu da sevindirdiyini vurğulayan G.Xudayarova bildirib ki, bu, bütövlükdə dövlətimizin təhsil sisteminə, tələbələrə qayğısının bariz nümunəsidir. “Bu qayğı biz tələbələri daha səylə, həvəslə oxumağa, bilik və bacarıqlarımızı artırmağa ruhlandıracaq, ölkə təhsilinə öz töhfəsini verəcək”, - deyə o qeyd edib.