SUMQAYIT TARİX MUZEYİNİN YENİ EKSPOZİSİYASI
Sumqayıt tarix muzeyində “Vətənin çağırışı ilə” adlı yeni ekspozisiya açılmışdır. Şəhər sakinləri tarixçi Baxşeyiş Alimşahovun topladığı eksponatlarla - vaxtilə indiki Ermənistan ərazisində yaşamış əcdadlarımızın həyatı və məişətindən söhbət açan nadir ev əşyaları ilə, habelə qədim Azərbaycan məskənlərinin adları yazılmış stendlə böyük maraqla tanış olurlar. Bir ay davam edəcək ekspozisiyada nümayiş etdirilən bütün əşyaları müəllif Ermənistandan deportasiya olunarkən özü ilə gətirmiş və qayğı ilə qoruyub saxlamışdır.