SUMQAYITDA ELEKTRİK STANSİYASININ TİKİNTİSİ ÜÇÜN MÜSABİQƏ ELAN OLUNMUŞDUR
Rusiyanın “Silovıye maşinı” şirkəti gücü 475 meqavat-saat olan BQQ tikməyi təklif edir ki, bu da, ekspertlərin fikrincə, 260 milyon avroya başa gələcəkdir. Almaniyanın Siemens şirkətinin təklif etdiyi qurğunun gücü 506 meqavat-saat, dəyəri 249 milyon avrodur. İranın Sunir şirkəti isə gücü 497 meqavat-saat olan qurğunu 253 milyon avroya tikəcəyini bildirir.
Hazırda müsabiqə komissiyası şirkətlərin texniki və maliyyə təkliflərini müzakirə edir. Müsabiqənin şərtlərinə görə, qalib şirkət işləri tam görməli, habelə yeni BQQ-nı istismar edəcək texniki heyəti hazırlamalıdır.