SUMQAYITDA HƏR HƏFTƏ İMƏCİLİK TƏŞKİL OLUNUR
Sumqayıt, 3 may (AZƏRTAC). Sumqayıt Şəhər İcra Hakimiyyəti “Ekologiya ili” çərçivəsində şəhərdə ekoloji durumu sağlamlaşdırmaq məqsədi ilə kompleks proqram hazırlamışdır. Proqrama müvafiq olaraq şəhərdə müxtəlif tədbirlər təşkil olunur. İcra hakimiyyətinin təşəbbüsü ilə mart ayından etibarən hər həftə təşkil olunan iməciliklərdə şəhərin müəssisə və təşkilatlarının kollektivləri, habelə ARDNŞ-ın “Azərkimya” İstehsalat Birliyinin əməkdaşları iştirak edirlər.
Hazırda Sumqayıt respublikamızın ən yaşıl şəhərlərindəın biridir. Şəhərdə adambaşına düşən yaşıllıqların sıxlığı 26 kvadratmetr təşkil edir. Şəhərin hakimiyyət orqanları həmin göstəricini iki dəfə artırmaq niyyətindədir. Bu məqsədlə 180 min kvadratmetrdən çox ərazini yaşıllaşdırmaq nəzərdə tutulmuşdur.
Bu barədə müşavirədə məlumat verən Sumqayıt İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev bildirmişdir ki, sumqayıtlılar yaxın vaxtlarda 20 mindən yuxarı müxtəlif növ ağac və dekorativ kol əkmək niyyətindədirlər.
Təkcə son iməcilikdə 4740 sərv, eldar şamı, palma, zeytun və dekorativ kol əkilmişdir. “Heydər bağı” və “Tərəqqi” parklarında qazonlar, çiçək ləkləri salınmışdır. Prospekt və küçələrin, habelə şəhər ətrafındakı “Şirvan” yaşayış massivinin, Hacı Zeynalabdin və Corat qəsəbələrinin yaşıl libası təzələnmişdir. İməciliklərdə iştirak edən şagirdlər məktəbyanı ərazilərdəki yaşıllıqlara qulluq edirlər.
Qeyd edək ki, son yeddi ildə Sumqayıtda yaradılmış yeddi yeni park və bağça şəhər sakinlərinin sevimli istirahət guşələrinə çevrilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2026 [15:33]
Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Çimərliyə gedənlərə XƏBƏRDARLIQ
- [16:31]
Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb
- 07.08.2026 [23:54]
Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır
- 07.08.2026 [23:45]
ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub
- 07.08.2026 [22:46]
Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb
- 07.08.2026 [22:37]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [22:22]
Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var
- 07.08.2026 [21:42]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [21:20]
İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb
- 07.08.2026 [21:15]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [20:02]
Bu saata olan əsas xəbərlər
- 07.08.2026 [20:00]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [19:15]
Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək
- 07.08.2026 [19:06]
Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar
- 07.08.2026 [18:05]
Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb
- 07.08.2026 [17:44]