SUMQAYITDA İDMAN İLİNƏ YEKUN VURULMUŞDUR
Sumqayıt idmançıları Prezident İlham Əliyevin Gənclər ili elan etdiyi 2007-ci ili yüksək nailiyyətlərlə başa vurmuşlar. AZƏRTAC-ın müxbiri xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində öz uğurları ilə Azərbaycanın şöhrətini artırmış idmançılarla görüş keçirilmişdir.
İcra hakimiyyətinin başçısı Vaqif Əliyev idman ictimaiyyətini təbrik edərək fəxrlə demişdir ki, artıq 5 paralimpiyaçı Pekində keçiriləcək Paralimpiya oyunlarına lisenziya qazanmışdır.
Görüşdə çıxış edən Sumqayıt İdman və Gənclər İdarəsinin rəisi Musa Həsənov bildirmişdir ki, şəhərin idmançıları beynəlxalq və respublika səviyyəli yarışlarda idmanın Olimpiya növləri üzrə 566 medal qazanmışlar ki, bunlardan da 197-si qızıldır. Müxtəlif dünya və Avropa yarışlarının iştirakçıları vətənə 42 medalla, o cümlədən 19 qızıl medalla qayıtmışlar.
Görüşdə çıxış edən məşqçilər, idmançılar respublikada bütövlükdə idmanın inkişafına, eləcə də ayrılıqda hər bir idmançıya göstərdiyi daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda idman ilinin qəhrəmanlarına pul mükafatları təqdim olundu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [17:17]
Fransanın tanınmış basketbol klubu müflis elan olunub
- 07.10.2026 [16:34]
Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib
- 07.10.2026 [16:32]
Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib
- 07.10.2026 [16:26]
Azərbaycan Kubokunda yeni mövsüm başlayıb
- 07.10.2026 [15:50]
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb
- 07.10.2026 [15:32]
Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb
- 07.10.2026 [14:57]
Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər
- 07.10.2026 [14:46]