Sumqayıtda məcburi köçkünlərin məskunlaşdıqları yataqxana binasında yanğın olub
Bakı, 8 fevral, AZƏRTAC
Sumqayıtda məcburi köçkünlərin məskunlaşdıqları dördmərtəbəli yataqxana binasının ümumi sahəsi 500 kvadratmetr olan mansardında taxta konstruksiyalardan ibarət otaq yanıb.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, hadisə yerinin kəşfiyyatı zamanı 1972-ci il təvəllüdlü Əhmədov Məzahir Nuşirəvan oğlunun yanmış meyidi yanğınsöndürənlər tərəfindən aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]